Accessibility links

Türk polisləri ilə kürd nümayişçiləri arasında münaqişə baş verib


Türk polisləri ilə kürd nümayişçiləri arasında münaqişə baş verib
Türk polisləri ilə kürd nümayişçiləri arasında münaqişə baş verib

Kürd nümayişçiləri Abdulla Öcalanın həbsinin 12-ci il dönümünü qeyd etmək məqsədi ilə Türkiyə boyu nümayişlər keçirir

Türkiyədə kürdlərin lideri Abdulla Öcalanın həbsinin 12-ci ildönümünü qeyd edən kürd nümayişçiləri və təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib.

Diyarbakırdan televiziya vasitəsilə nümayiş etdirilən görüntülərdə polisin daş atan nümayişçilərə qarşı gözyaşardıcı qaz işlətdiyi göstərilir. Xəbərlərdə rəsmilərin 30 nümayişçini həbsə aldığı deyilir.

Türkiyənin başqa şəhərlərində də eyni nümayişlərin keçirildiyi xəbər verilir.

XS
SM
MD
LG