Accessibility links

Urmu gölünə Araz çayından su çəkilə bilər


FARS xəbər agentliyinin yaydığı məlumata əsasən Qərbi Azərbaycan vilayətinin qubernatoru türk şirkəti ilə Araz çayından Urmu gölünə su axıtmaq barədə ilkin danışıqlara başlayıb.

Xəbər agentliyi danışıqların İran prezidenti Mahmud Əhmədinejadın gölün taleyi ilə bağlı narahatlığını ifadə etməsindən sonra başladığını bildirir. Qərbi Azərbaycan valisi Seyid Cavad Mahmudi söyləyib ki, prezident Əhmədinejadın göstərişinə əsasən vilayət hökuməti bu məsələni müntəzəm olaraq diqqətdə saxlayır.

Valinin sözlərinə görə danışıqlara tərəf olan Rak Oil şirkəti Urmu gölünün bərpasına investisiya qoymağa hazırlığını ifadə edib. Iran hökuməti layihə üçün 800 milyon dollar ayırmağa hazır olduğunu bildirib.

Bu arada Şərqi Azərbaycan vilayətində İnqilab Keşikçilərinə yaxınlığı ilə tanınan Aşura Birigardi qurumu Araz çayından Urmu gölünə su çəkməyə hazır olduğunu bəyan edib. Mümkündür ki, İnqilab Keşikçiləri türk şirkətinə şərik olmaqla yeni texnologiya əldə etməyə can atır.

Urmu Gölü 15 ildir ki, quruma prosesi iə üzləşir. Gölün qurumaq perspektivi İran Azərbaycanı sakinləri tərəfindən həyəcanla izlənilir və Azərbaycan türkləri ilə Tehran arasında başlıca ixtilaf nöqtələrindən biri hesab olunur.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG