Accessibility links

Türk xilasedicilərinin mədənçiləri xilas etmək cəhdləri davam edir


Türk xilasedicilərin Türkiyənin şimalında partlayış nəticəsində mədəndə qalan 32 nəfərin çıxarılması yönümündə səyləri davam edir.

Türk xilasedicilərin Türkiyənin şimalında partlayış nəticəsində mədəndə qalan 32 nəfərin çıxarılması yönümündə səyləri davam edir. Rəsmilər bildirir ki, yüzlərlə xilasedici mədənin ağzını qapamış dağıntı və daş qalıqlarının təmizləyir. Xilasedicilər təhlükəli qazın səviyyəsini aşağı salmaq məqsədi ilə keçən gecə mədənə hava vurublar. Əmək naziri Ömər Dincer deyir ki, məlumatlara əsasən mədənin bəzi hissələrində metan qazının səviyyəsi aşağı olduğundan mədənçilərin sağ qalması ehtimalı var. Mədənçilər bazar ertəsi Qara Dəniz sahilində Zonquldaq limanı yaxınlığındakı Karadon mədənində baş vermiş partlayış nəticəsində 540 metr dərinlikdə ilişib qalıb. Yerli rəsmilər bildirib ki, səkkiz şaxtaçı xilas edilib, lakin mədəndə qalanları xilas etmək üçün nə qədər zaman tələb olunduğundan əmin deyillər. Partlayışın səbəbləri barədə dəqiq məlumat yoxdur. Fevral ayında Türkiyənin şimalında yerləşən digər mədəndə partlayış 13 nəfərin ölümü ilə nəticələnmişdi. Türkiyə mədənlərinin birində ən faciəli partlayış 1992-ci ildə baş vermişdir. Qaz partlayışı Zonquldaq mədənində 263 şaxtaçının ölümünə səbəb olmuşdu.

XS
SM
MD
LG