Accessibility links

Nazirlər nəqliyyat sahəsində qarşılıqlı əlaqələr, iqtisadi əməkdaşlığın müxtəlif aspektləri müzakirə edir

Bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası nəqliyyat nazirlərinin birinci iclası keçirilir.

İclasda Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, Türkiyənin nəqliyyat, dəniz İşləri və kommunikasiya naziri Binali Yildırım, Türkiyə Əməkdaşlıq Şurasının baş katibi Halil Akıncı,
Qazaxıstanın nəqliyyat və kommunikasiya naziri Askar Jumagaliyev iştirak edir. Qırğızıstan toplantıda səfirlik səviyyəsində təmsil olunur.

Toplantıda ölkələr arasında nəqliyyat sahəsində qarşılıqlı əlaqələr, iqtisadi əməkdaşlığın müxtəlif aspektləri müzakirə olunur.

Görüşün sonunda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası nəqliyyat nazirlərinin birgə bəyannaməsi imzalanacaq.
Xatırladaq ki, iyulun 2-də Nəqliyyat Nazirliyində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində nəqliyyatın inkişafı üzrə işçi qrupunun 5-ci iclası keçirilib.
XS
SM
MD
LG