Accessibility links

Türkər Qasımzadə: Əsərlərimin harada ifa edilməsindən asılı olmayaraq, mən Azərbaycanı təmsil edirəm

  • Nərminə Cəlalqızı



Bakı Musiqi Akademiyası və Nyu-Yorkun Manhattan Konservatoriyasının məzunu, hal-hazırda isə doktorluq dərəcəsini almaq üçün Sinsinatti universitetində təhsil alan gənc bəstəkar Türkər Qasımzadə ilə müsahibə.

Türkər Qasımzadə bu yaxınlarda bəstələdiyi “Qurama” əsərinin oktyabr ayının 7-də Bostonda keçirilən 30-cu Beynəlxalıq Bəstəkarlıq Müsabiqəsinin final turuna seçildiyini və bu əsərin məşhur dirijor Teodor Antonionun rəhbərliyi ilə ifa edildiyini bildirdi.

Bundan sonra Türkər Drezden şəhərində keçirilən gənc bəstəkarların festivalında Azərbaycandan 5 gənc bəstəkarın dəvət edildiyini və onun da həmin bəstəkarlar arasında olduğunu dedi. Gənc bəstəkar həmin festivalda onun iki əsərinin ifa edildiyini bildirdi və bu festioval haqda danışdı.

Türkər Azərbaycandan seçilən gənc bəstəkarların adını çəkdi və həmin festivalda konsertlərdən birinin Azərbaycanın müasir bəstəkarlarının əsərlərinə həsr edildiyini dedi. O, özünün və digər azərbaycanlı bəstəkarların Drezdenin məşhur “Kuraj” ansamblı tərəfindən ifa edildiyni bildirdi.

Sonra Türkər Norveçin Bergen şəhərindəki Qriq akademiyasında təhsil alan Humay Qasımzadənin onun piano üçün yazdığı solo əsərini ifa etdiyini dedi.

Türkər Qasımzadə “Mərkəzi-Qərbi Amerika Bərtəkarlarının Simpoziumu”-na dəvət aldığını bildirdi. Türkər həmin simpoziuma Amerikanın mərkəzi-qərb bölgəsindən bir neçə bəstəkarın seçildiyini, onun da Sinsinatti universitetini təmsil etdiyini dedi.

Bəstəkar bu ilin sonunda, dekabr ayında Sinsinatti şəhərində Con Keycin 100 illiyinə həsr edilmiş festivalda onun daha bir əsərinin ifa edildiyini bildirdi və əlavə etdi ki, əsərlərinin harada ifa edilməsindən asılı olmayaraq, o, Azərbaycanı təmsil edir.
XS
SM
MD
LG