Accessibility links

Qəbələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III zirvə görüşü


Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III zirvə görüşü çərçivəsində Xarici İşlər Nazirləri Şurası

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III zirvə görüşü çərçivəsində Xarici İşlər Nazirləri Şurası

Avqustun 15-də xarici işlər nazirləri görüşüb, avqustun 16-da isə dövlət başçıları görüşəcək

Azərbaycanın Qəbələ şəhərində (Bakıdan 200 kilometr şimal-qərb) Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III zirvə görüşü çərçivəsində Xarici İşlər Nazirləri Şurasının görüşü keçirilir.

Görüşdə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın xarici işlər nazirləri iştirak edir.

Forumda türkdilli dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunur.

Görüşün nəticəsi olaraq nazirlikləri arasında əməkdaşlıq protokolunun imzalanması nəzərdə tutulur.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov türkdilli ölkələri çoxtərəfli əməkdaşlığın genişləndirilməsinə çağırıb.

Məmmədyarov qarşılıqlı ticarət və investisiyaların genişləndirilməsinin, birgə müəssisələrin və layihələrin yaradılmasının vacibliyini qeyd edib.

O həmçinin BMT-nin mühüm telekommunikasiya layihəsini - TASIM ( Trans-Eurasian Information Super Highway) dəstəklədiyini xatırladıb və əmin olduğunu bildirib ki, türkdilli ölkələr Avrasiya Kommunikasiya İttifaqını təsis edəcəklər.
E.Məmmədyarov türkdilli ölkələrin Parlament Assambleyası, Türksoy kimi qurumlarının fəaliyyətə başlamasını alqışlayıb və ümidvar olduğunu bildirib ki, yaxınlarda Türk Mədəni İrsi Fondu da fəaliyyətə başlayacaq.

Eyni zamanda o, regional əməkdaşlığın inkişafına mane olan amilləri də qeyd edib – aqressiv separatizm, milli və etnik zəmində münaqişələr, beynəlxalq aləmdə tanınmış sərhədlərin zorla dəyişdirilməsi addımları.

O, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərinə görə iştirakçı ölkələrə təşəkkürünü bildirib.

Türkdilli ölkələrin xirvə toplantısı avqustun 16-da açılacaq.

Artıq, Türkiyə prezidenti Abdulla Gül artıq Qəbələyə gəlib.
XS
SM
MD
LG