Accessibility links

Səudiyyə Ərəbistanı F-15 qırıcı təyyarələrini Türkiyəyə göndərib


Bu gün Türkiyənin İncirlik hava bazasına Suriyada İŞİD-ə qarşı koalisiyaya qoşulmaq üçün Səudiyyə Ərəbistanının 4 təyyarəsi enib.

Amerikanın Səsinin hava bazası yaxınlığında olan müxbiri Tan Çetin təyyarələrin bu səhər bazaya çatdığını təsdiq edib.

Bu, Rusiya və ABŞ-ın vasitəçiliyi ilə əldə edilən atışkəs vaxtına təsadüf edir. Razılıqda koalisya qüvvələrinin İŞİD və digər torrorçuların mövqelərini hədəf almaması nəzərdə tutulmur.

Səudiyyə Ərəbistanı F-15 qırıcı təyyarələrinin Türkiyəyə göndərildiyini təsdiq etməyib. Lakin təhlilçilər Riyadın atəşkəsin quruda necə işlədiyini görmək istədiyini deyir.

Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu dünən müxbirlərə təyyarələrin cümə günü Türkiyə bazasına göndəriləcəyini bildirmişdi.

Həm Türkiyə, həm də Səudiyyə Ərəbistanı Suriyaya quru qüvvələr göndərilməsini nəzərdən keçirdiklərini bildirib.

Təhlilçilər təyyarələrin Türkiyədə yerləşdirilməsinin ABŞ üçün çətinlik yaradacağını deyir. Ankara Türkiyəyə hədə olan kürd yaraqlılarına Amerikanın dəstəyini dayandırmasını istəyir.

Səudiyyə Ərərbistanı İŞİD-ə qarşı hava kampaniyalarını bu yaxınlarda bərpa edib.

ABŞ-ın başçılıq etdiyi koalsiya qüvvələri İncirlik bazasından effektiv şəkildə istifadə edir.

Türkiyə rəsmiləri Vaşinqtonla kürdlər barədə razılıq əldə edilməsə bazanı bağlayacağı ilə hədələyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG