Accessibility links

Türkiyədə fahişəxana mübahisəsi


Fahişəxanaların opponentləri qadınlar üçün də eyni imkanların yaradılmasını tələb edir

Türkiyədə dövlət nəzarətində olan kişilər üçün fahişəxanaların opponentləri qadınlar üçün də eyni imkanların yaradılmasını tələb edir. Bu tələb yoxsulluqla mübarizə qrupu Şefqat Der tərəfindən irəli sürülüb. Bu qrup ölkədə dövlət fahişəxanalarının bağlanması kampaniyası aparır.

Türkiyə hökumətinin seks quldarlığını müdafiə etdiyini deyən tənqidçilər nəyə görə qadınlar üçün belə bir xidmətin olmadığından şikayətlənir. Şefqat Der üçün qalmaqallar yad deyil, Keçən il qrup ailə zorakılıqlarına məruz qalan qadınlara atıcılıq kursları təşkil etmişdi.Qurum bundan əlavə qadınların silah əldə etməsi üçün lisenziyalara müraciət etməsini də öyrədir.
Şefqat Der kampaniyası dövlətin nəzarəti altında olan 56 fahişəxananın bağlanmasını tələb etməklə yanaşı, orada çalışan 3000 qadının maddi durumunun yaxşılaşdırılmasını istəyir.
Qrup artıq parlament və Daxili İşlər Nazirliyinə petisiyalar ünvanlayıb. Bu petisiyalar qadınların kişi fahişələrlə təmin edilməsini tələb edir.

Belə bir işin olmayacağından əmin olan qrup bu halda Avropa Məhkəməsinin gender bərabərliyi qanunlarına zidd olduğunu deyir. Bu isə Türkiyənin beynəlxalq ictimaiyyət qarşısında riyakarlığına işarədir, deyə Şefqat Der iddiar edir.

Şefqat Der kampaniyası dövlətin nəzarəti altında olan 56 fahişəxananın bağlanmasını tələb etməklə yanaşı, orada çalışan 3000 qadının maddi durumunun yaxşılaşdırılmasını istəyir.

Hakim islamçı AKP partiyası əlbəttə ki, qadınlar üçün fahişəxanaların açılmasına imkan verməyəcək. Belə ki, son on il ərzində bu hökumətin səyləri sayəsində fahişəxanaların demək olar ki, yarısının fəaliyyəti dayandırılıb.
XS
SM
MD
LG