Accessibility links

Hökumətin kürd üsyançılarına qarşı əməliyyatlarını dayandırmasına çağıran müraciəti imzalamasından sonra Türkiyədə 12 ziyalı terroru dəstəkləmək ittihamı ilə həbs edilib.

"Anadolu" dövlət xəbər agentliyinin bildirdiyinə görə, digər 9 nəfər də daxil edilməklə, Koceli univertsitetinin ziyalıları bu gün səhər saatlarında evlərində keçirilən reydlərdən sonra həbs edilib.

Həbs edilən şəxslər Türkiyə hökumətini ölkənin cənub bölgəsindəki kürdlərin qəsdən qətli və deportsiyasında ittiham edən çağırışı imzalayan 1200 ziyalı arasındadır.

Sənəddə eləcə də, bölgədə fövqəladə vəziyyətin ləğv edilməsinə və üsyançı qrup PKK ilə sülh danışıqlarına başlanmasına çağırılır.

Sənədi imzalayanlar arasında xarici alimlərdən Birləşmiş Ştatlardan solçu politoloq və linqvist Noam Çomski və sloveniyalı filosof Slovec Zizek də var.

Türkiyə prezidenti Rəcəp Təyyib Ərdoğan ziyalıları dövlətə xəyanətdə ittiham edərək, onların Türkiyə dövlətçiliyini məhv etmək istədiklərini deyib.

XS
SM
MD
LG