Accessibility links

Avropa İttifaqı Türkiyənin quruma üzvlüyü ilə bağlı danışıqları təxirə salıb


Avropa İttifaqı Türkiyədə nümayişçilərə qarşı təzyiqlərə görə o ölkənin quruma üzvlüyü ilə bağlı danışıqları təxirə salsa da, Türkiyənin təşkilata yolunun açıq olduğunu bildirib. Danışıqlar Almaniya, Avstriya və Hollandiyanın baş nazir Ərdoğanın nümayişçilərlə rəftarına görə təxirə salınıb.

Lakin ittifaqın bu qərarına baxmayaraq, bu, Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu tərəfindən diplomatik qələbə kimi qiymətləndirilib. Nazir deyib ki, Avropa İttifaqı ilə 22 maddə ilə bağlı razılaşma son 3 ilin ən böyük inkişafıdır.

Keçən həftə Ankara 22-ci maddənin müzakirələrinə başlanmadığı təqdirdə qurumla iqtisadi əlaqələrini kəsəcəyi ilə hədələmişdi. Rəy sorğularına görə, türklərin əksəriyyəti Türkiyənin Avropa İttifaqına üzv olmasının əleyhinədir. Ankara isə qurum xaricində öz siyasi və iqtisadi əlaqələrini gücləndirməyə çalışır.

Təhlilçi Atilla Yeşiladanın dediyinə görə, hakim Ədalət və İnkişaf Partiyası-AKP-nin ittifaqa qarşı hədələri yalnız göstəriş mahiyyəti daşıyır. “AKP özünü biganə göstərməyə çalışır. Lakin bu belə deyil. Qərbli siması ilə Türkiyə ərəb və müsəlman dünyasında nümunəvi rol oynayır. Bu mövqenin itirilməsi AKP üçün partlayış demək olar.”

Ankara son zamanlar nümayişçilərə qarşı təzyiqlərə görə təcridə məruz qalıb. “Tərəf“ qəzetinin müxbiri Semih İdiz bu hadisələrdən əvvəl də xarici siyasətinə görə Ankaranın tənqdilər altında olduğunu deyir. O, hökumətin Suriya müxalifəti ilə bağlı mövqeyini nəzərdə tutur. “Qonşuları ilə prblemi olmadığını gğstərmək istəyən türkiyə indi dünya ilə əkaqlərini kəsib. Bu isə yanlış yol tutmaq deməkdir.”

İstanbulda isə xarici siyasətlə bağlı etirazlarla yanaşı digər məsələlərlə də əlaqədar narazılıqlar artmaqdadır. Bunlara mətbuatda senzura və spitli içkilərin məhdudlaşdırılması daxildir.

Bu günlər polis evlərə reydlər təşkil edərək, 20-yə yaxın adamı nəzarət altına alıb. Seçkilərə iki il qaldığı bir müddətdə Ərdoğanın edəcəklərini əvvəlcədən demək mümkün deyil.

Baş nazir artıq ümummilli seçki kampaniyalarında millətçi kartı ilə çıxış edir. O, ölkədə baş qaldıran etirazların xarici konspirasiya olduğunu iddia edir. Təhlilçilər isə deyir ki, iş işdən keçib. Ərdoğan artıq böhranların öhdəsindən gələn bir lider kimi tanınmır.
XS
SM
MD
LG