Accessibility links

Türkiyə hava hücumu qurbanlarına təzminat ödəyəcək


Türkiyə hava hücumu qurbanlarına təzminat ödəyəcək
Türkiyə hava hücumu qurbanlarına təzminat ödəyəcək

Türkiyə kürd yaraqlılarının hədəf alındığı hava hücumu zamanı qətlə yetirilmiş 35 mülki vətəndaşın ailələrinə təzminat ödəniləcəyini bildirib.

Ordu keçən həftə İraqla Türkiyə sərhəddi boyu hava hücumları zamanı kürd yaraqlılarının hədəf alındığını, lakin bir qrup qaçalmalçı və kəndlinin həlak olduğunu bildirib.

Hökumət hava hücumları ilə bağlı tam təhqiqatın aparılcağına söz verib. Baş nazirin müavini Bülent Arınc təzminatın ödəniləcəyini bazar ertəsi günü elan edib, lakin onun dəyəri haqda bir söz deməyərək, ödənişin yaxın günlərdə veriləcəyini deyib.

Hava hücumları Türkiyənin kürdlərin yaşadığı cənub-şərq bölgəsində etirazlar və toqquşmalara səbəb olub.

XS
SM
MD
LG