Accessibility links

Türkiyə Suriyada Əl-Babda hava hücumları həyata keçirib


Türkiyə ordusunun bugünkü məlumatında deyilir ki, Türkiyə hərbi təyyarələri bazar günü Suriyanın Əl-Bab şəhərində hərbi hava hücumları keçirib.

Türkiyə hava hücumlarının zirehli maşınları hədəf aldığını və həmin maşınlardan azı birinin məhv edildiyini bildirib.

Al-Amaq xəbər agentliyinin bu fotosunda Türkiyə hərbi qüvvələrinin Hələb vilayətindəki Əl-Bab şəhərində hava hücumu keçirdiyi göstərilir
Al-Amaq xəbər agentliyinin bu fotosunda Türkiyə hərbi qüvvələrinin Hələb vilayətindəki Əl-Bab şəhərində hava hücumu keçirdiyi göstərilir

Şənbə günü həyata keçirilən hücumlar Suriya ilə Türkiyə sərhədini təmizləməyə çalışan üsyançılara dəstək, eləcə də həmin regiondakı Suriya kürdlərinin böyük ərazı iddialarının qarşısı almaq məqsədi daşıyır.

Türkiyənin İŞİD yaraqlılarını Türkiyə sərhədlərindən kənarlaşdırmaq məqsədi ilə "Fərat Qalxanı" adlanan hərbi əməliyyatı 4 ay əvvəl başlayıb. Burada Türkiyə ordusunda hava və artilleriya yardımı alan Suriya Azad Ordusunun döyüşçüləri böyük rol oynayır.

XS
SM
MD
LG