Accessibility links

Türkiyədə əl-Qaidə üzvləri olduğundan şübhələnilən 15 şəxs həbs edilib (YENİLƏNİB)

  • Amerikanın səsi

Türkiyədə əl-Qaidə üzvləri olduğundan şübhələnilən 15 şəxs həbs edilib (YENİLƏNİB)

Türkiyədə əl-Qaidə üzvləri olduğundan şübhələnilən 15 şəxs həbs edilib (YENİLƏNİB)

Türkiyə polisi əl-Qaidə üzvü olduğundan şübhələnilən 15 nəfəri həbs edib. Onların Ankarada ABŞ səfirliyi və başqa obyektlərə hücum planlaşdırdıqları deyilir. Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, şübhənilən şəxslər polisin bazar ertəsi və çərşənbə axşamı günləri Ankarada, Bursa və Yalova şəhərlərində apardığı reydlər zamanı həbs edilib. Polis partlayıcı maddələr və silahlar, habelə bomba hazırlanmasında istifadə edilən 700 kiloqram kimyəvi material müsadirə edib. Əl-Qaidə yaraqlılarının 2003-cü ildə həyata keçirdiyi bomba hücumlarında 60 nəfər həyatını itirmişdi.

XS
SM
MD
LG