Accessibility links

Türkiyədə ələvilər Suriyadakı hadisələri böyük narahatlıqla izləyir


Türkiyə hökuməti Suriyada müxalifətə qarşı təqibləri qınayan ölkələr arasında olsa da, ölkənin özündə azlıqda olan ələvilər məsələlərə fərqli baxışa malikdir.

İstanbulda Ələvi mərkəzində keçirilən toplantı iştirakçıları Suriyada vəziyyəti müzakirə edir. Onlar Türkiyənin Baş nazirini Suriya müxalifətinə dəstək verdiyinə görə tənqid edir.

Kenanoğlu İstanbulda Hubyar Sultan Ələvi mədəniyyət cəmiyyətinin sədridir. Onun sözlərinə görə, baş nazirin Suriya müxalifətinə dəstəyi Ədalət və İnkişaf partiyasının əsas tərəfdarları olan sünnilər tərəfindən məqbul qarşılansa da, Türkiyədəki ələvilər arasında narahatlıqlara səbəb olur.

O, Suriya müxalifətinin demokratiya tərəfdarı olmadığını deyir. Onun sözlərinə görə, Suriya hökuməti ilə döyüşən bəzi qruplar ələvilər arasında əvvəllər onların sünni liderlər tərəfindən təqib olunduğu ilə bağlı qorxular yaradır.

Keçən ay Türkiyədə ələvilər Suriya ilə sərhəddə yaxın bölgədə Suriya prezidenti Bəşar Əl-Əsədə dəstək bildirmişdi. Kamil Aykanat İstanbulda ələvilərin daha bir qrupu olan Hacı Bektaş Mədəniyyət Fondunun başçısıdır. O deyir ki, Suriyada və Türkiyədə ələvilər arasında fərqlər olsa da, onları ümumi cəhətlər birləşdirir.

Onun sözlərinə görə, Anadoluda və Suriyadakı ələvilər ərəb ələvilərdir. Lakin dünyanın harasında olursa olsun, ələvi dedikdə, qardaşlıq başa düşülür.

Dövlət onların dinini tanımadığı üçün Türkiyədə ələvilərin sayı ilə bağlı rəsmi rəqəmlər göstərilmir. Lakin ələvilərin Türkiyə əhalisinin dörddə birini təşkil etdiyi təxmin edilir.

Müşahidəçilərin fikrincə, Türkiyədəki ələvilərin çoxu Ədalət və İnkişaf partiyasının sünni köklərinə şübhə ilə baxır. Onların fikrincə, ələvilərin çoxu Türkiyə hökumətinin Suriya məsələsinə sünni bucağından yanaşdığını düşünür.

Ələvilər məscidlərə ibadət etmir, qadınlar və kişilərin ibadəti birlikdə keçir. Türkiyədə əksəriyyətdə olan sünni əhali ələvilərə müyyən dərəcədə şübhə ilə baxır.

Ələvilər Türkiyədə təqib və qətliam qurbanları olub. Sonuncu dəfə onlara qarşı hücum 1993-cü ildə islamçı kütlənin mədəniyyət festivalına gələn ələvilərin qaldığı mehmanxananı yandırdığı zaman baş vermişdi.

Mədəniyyət fondunun başçısı Aykanatın sözlərinə görə, indi ələvilər arasında Suriyada münaqişənin sünni-ələvi münaqişəsinə çevrilməsi və bunun Türkiyəyə də keçə biləcəyi haqda narahatlıqlar mövcuddur.

Lakin o deyir ki, vəziyyət gərginləşsə, ələvilər təşkil olunacaq və həmrəylik nümayiş etdirəcək.

İstanbulda Ələvilərin ibadət yerində Suriyada baş verən hadisələri narahatlıqla izləyirlər.

Mediada Suriyada baş verən qanlı hadisələrin işıqlandırılması və bəzi kanallarda zorakılıqların təriqət zəminində baş verdiyi haqda xəbərləri Suriya böhranının Türkiyəyə də keçə biləcəyi ilə bağlı qorxuların artmasına gətirib çıxarır.

XS
SM
MD
LG