Accessibility links

Türkiyə qonşu üç dövlətlə azad ticarət zonası yaradır


Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğan, Livanın Baş naziri Səid Həriri və Ərəb Liqasının Baş katibi Amr Musa İstanbulda Türk-Ərəb İqtisadi Forumu zamanı
Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğan, Livanın Baş naziri Səid Həriri və Ərəb Liqasının Baş katibi Amr Musa İstanbulda Türk-Ərəb İqtisadi Forumu zamanı

Türkiyə və ərəb ölkələrinin rəsmiləri iqtisadi tərəfdaşlıq planlarını bu gün İstanbulda Türkiyə-Ərəb əməkdaşlıq forumu zamanı elan ediblər

Türkiyə rəsmiləri bildiriblər ki, Türkiyə, Livan, İordaniya və Suriya dörd ölkənin vətəndaşları üçün vizasız səfərlər də daxil olmaqla, ölkələr arasında azad ticarət zonası yaradır.

Türkiyə və ərəb ölkələrinin rəsmiləri iqtisadi tərəfdaşlıq planlarını bu gün İstanbulda Türkiyə-Ərəb əməkdaşlıq forumu zamanı elan ediblər.

Türkiyənin Xarici İşlər naziri Əhməd Davutoğlu Ankaranın Avropa Birliyinə üz olmaq səylərinə alternativ olaraq şərq qonşuları ilə əlaqələri artırdığına dair fikirləri rədd edib. O deyib ki, Türkiyə Avropa Birliyinin tamhüquqlu üzvü olmağa nail olmaq istəyir və birliklə əlaqələr ölkənin digər regionlarla əlaqələrini məhdudlaşdırmır.

Davutoğlu bu açıqlamaları ABŞ Müdafiə naziri Robert Geytsin Londonda müxbirlərə Avropanın Türkiyə ilə əlaqələrə meylli olmamasının Ankaranı şərqə itələdiyini deməsindən sonra verir.

XS
SM
MD
LG