Accessibility links

Baş nazir Ərdoğan:"Ermənistanla dostluq abidəsinin yerinə park salınsın"


Baş nazir Ərdoğan:"Ermənistanla dostluq abidəsinin yerinə park salınsın"
Baş nazir Ərdoğan:"Ermənistanla dostluq abidəsinin yerinə park salınsın"

Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğan Karsda Ermənistanla münasibətlərin yaxşılaşdırılması məqsədilə ucaldılacaq abidəni tənqid edərək, onun götürülməsini istədiyini bildirib. Karsa səfər zamanı danışan baş nazir Ərdoğan abidənin yaxınlıqdakı müsəlman məbədini kölgədə qoyan yaraşıqsız bir struktur adlandırıb. Türk mətbuatında verilmiş məlumatlara görə, baş nazir şəhərin merinə abidənin yerinə park salmaq lazım olduğunu deyib. İki insan fiquru şəkilndə olan abidənin üzərində işlər hələd davam edir. Abidənin ucaldılmasına iki qonşu ölkə arasında münasibətlərin yaxşılaşdırılması məqsədilə 2006-cı ildə icazə verilmişdi.

XS
SM
MD
LG