Accessibility links

Ermənistan və Türkiyə liderlərinin Vaşinqtonda görüşü olacaq


Ermənistan və Türkiyə liderlərinin Vaşinqtonda görüşü olacaq

Ermənistan və Türkiyə liderlərinin Vaşinqtonda görüşü olacaq

Ermənistan bildirir ki, prezident Serj Sarkisyan Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğanla nüvə təhlükəsizliyi sammiti çərçivəsində görüş keçirəcək

Ermənistan prezidenti və Türkiyənin baş naziri gələn həftə Vaşinqtonda görüşərək, iki ölkə arasında barışıq prosesini canlandırmağa çalışacaqlar.

Ermənistan bildirir ki, prezident Serj Sarkisyan Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğanla nüvə təhlükəsizliyi sammiti çərçivəsində görüş keçirəcək.

Türkiyənin nümayəndəsi Feridun Sinirlioğlu Yerevana səfəri zamanı görüş haqda müraciət edib.

Türkiyənin Baş naziri Əhməd Davutoğlu deyib ki, Ankara gələn həftələr ərzində Ermənistanla barışıq prosesinin düzgün istiqamətində gedəcəyinə ümid bəsləyir.

Türkiyə və Ermənistan hökumətləri keçən ilin oktyabr ayında diplomatik münasibətlərin yaradılması və sərhədlərin açılmasına dair müqaviləyə imza atmışdı.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG