Accessibility links

Türkiyənin ABŞ-dakı səfiri yenidən Vaşinqtona qayıdır


ABŞ-a yola düşməzdən əvvəl səfir Namik Tan deyib ki, Amerika Türkiyənin mesajını başa düşüb və ona qənaətbəxş şəkildə cavab verib

Türkiyənin ABŞ-dakı səfiri Namik Tan Birinci Dünya müharibəsi dövrü Türkiyədə ermənilərin qətllərini soyqırım kimi tanıyan qətnaməyə etiraz olaraq Vaşinqtondan geri çağırıldıqdan bir ay sonra bu gün yenidən Birləşmiş Ştatlar paytaxtına qayıdır.

ABŞ-a yola düşməzdən əvvəl səfir Namik Tan deyib ki, Amerika Türkiyənin mesajını başa düşüb və ona qənaətbəxş şəkildə cavab verib.

Namiq Tan Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr komitəsində ermənilərin qətllərini soyqırım kimi tanıyan qətnamənin qəbul edilməsindən sonra geri çağırılmışdı. Türkiyə qətnamənin qəbul olunmasını qınayaraq, sənədin Türkiyəni törətmədiyi cinayətdə ittiham etdiyini və ABŞ-Türkiyə münasibətlərinə mənfi təsir göstərə biləcəyini bildirmişdi.

Obama administrasiyası qətnamənin əleyinə çıxış etmiş və o, Nümayəndələr Palatasının ümumi iclasında səsverməyə qoyulmamışdır.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG