Accessibility links

Türkiyə dövlət mediasının xəbərlərində deyilir ki, iyul ayı çevriliş cəhdində əli olan 6 general, bir neçə yüksək səviyyəli hərbiçi və 16 iş adamının həbsi barədə qərar çıxarılıb.

Türkiyə artıq həbs edilən və barələrində həbs qərarı çıxarılan şəxslərin 270 nəfərdən çox insanın ölümü ilə nəticələnən çevrilişin arxasında duran Amerikada məskunlaşmış Fətullah Gülənlə əlaqəsi olduqlarını iddia edir.

Türkiyənin Anadolu xəbər agentliyinin bildridiyinə görə, həbs edilən iş adamları arasında şirniyyat mağazaları və geyim şirkəti olan iki qardaş da var ki, Ankara onların "FETÖ" - "Gülənçi Terror Təşkilatı"nın üzvləri olduqlarını deyir.

Yeni həbslərdən bir gün əvvəl isə Türkiyədə 3 jurnalist və bir siyasətçi olmaqla, bir neçə nəfər həbs edilmiş, 105 nəfərə qarşı isə ittihamlar irəli sürülmüşdü.

XS
SM
MD
LG