Accessibility links

İyul ayındakı çevriliş cəhdi zamanı Rəcəp Təyyib Ərdoğanın qaldığı mehmanxanaya hücum etməkdə şübhəli bilinən daha 11 əsgər bu gün həbs edilib.

Həbslər kurort şəhəri Marmaris yaxınlığında, iyul ayında Ərdoğanı hədəf almaqda ittiham edilən digər bir neçə nəfərin ələ keçirilıməsindən sonra davam edib.

Hökuməti devirmək cəhdi iyul ayının 15-də, cənab Ərdoğa Marmarisdə tətildə olarkən baş vermiş və cənab Ərdoğan Əsgərlər mehmanxananı əsgərlərin hücumundan az əvvəl tərk etmişdi.

Dövlət çevrilişinə cəhddə rolu olanlara qarşı təqiblər bu gün də davam edir. Artıq 50 mindən şox insan işdən azad edilib, 18 min nəfərdən çoxu müsəlman ruhani Fətullah Gülənlə əlaqəsi olmaqda ittiham edilərək, həbs edilib. Fətullah Gülən isə dövlət çevrilişinə cəhddə əli olduğunu inkar edir.

XS
SM
MD
LG