Accessibility links

Türkiyə polisi Türkiyənin müasir tarixinin ən faciəvi terror hücumunun birinci ildönümünü qeyd edən nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

Anadolu xəbər agentliyinin məlumatına görə, rəsmilər təhlükəsizlik səbəbilə iki intiharçı hücumuna dair irimiqyaslı xatirə mərasimlərinin keçirilməsini qadağan etmişdi. Şəhərdə asayişi bərpa etmək üçün cəlb edilən 1700 iğtişaş polisi nümayişin qarşısını almaq üçün 60 nəfəri saxlayıb.

Yolları bağlayan polis nümayişçilərin yürüş keçirməsinin qarşısını alıb.

Bununla yanaşı, rəsmilər hadisə zamanı həlak olanların ailə üzvlərini və bəzi vətəndaş cəmiyyəti nümayəndələrini hücumun baş verdiyi məkana buraxıb.

2015-ci il oktyabrın 10-da kürdpərəst kütlə arasında İŞİD qruplaşmasına bağlı olduğu iddia edilən intiharçı hücumları baş vermişdi. Hücum nəticəsində 103 nəfər həlak olmuş, 500-dən çox insan isə yaralanmışdı.

100 -dən çox insan Kızılay meydanında nümayiş keçirməyə cəhd edərək "Qatil hökumət məsuliyyətə cəlb olunacaq" şüarları səsləndirib. Nümayiş zamanı habelə "onların faşistlərlə çiyin-çiyinə dayandığı" ifadələri işlənib.

XS
SM
MD
LG