Accessibility links

Ankara üçün əsas məsələ Yerevanla münasibətləri Bakını özündən uzaqlaşdırmadan qurmaqdır

Ermənistan və Türkiyə arasında yaxınlaşma səyləri baş tutmasa da, bunun əvəzinə Türkiyə Azərbaycanla diplomatik və iqtisadi əməkdaşlığı gündən-günə gücləndirir.

Türkiyə rəsmiləri Dağlıq Qarabağın qaytarasılması səylərini gücləndirən Azərbaycana dəstək bildirmək üçün son zamanlar Bakıya tez-tez səfərlər edir.

Keçən ay İstanbulda Xocalı faciəsinin anımı mərasimində iştirak edənTürkiyənin Daxili İşlər naziri İdris Naim Şahin alovlu nitq söyləmişdir.

Xocalını anım nümayişində minlərlə türk və azərbaycanlı iştirak etmişdi. Onların çoxu əllərində “Bir millət, iki dövlət” yazılmış plakatlar tutmuşdu. Tədbir zamanı ermənilər əleyhinə şüarlar da yer almışdı.

İstanbulda Bahçeşehir univerisitetində politoloq Çengiz Aktar deyir ki, Türkiyənin daxili işlər nazirinin tədbirə qatılması və çıxışı zamanı verdiyi mesajlar Türkiyə xarici siyasətində əsaslı dəyişikliyə işarə kimi qiymətləndirilməlidir.

Cengiz Atar: “Bu, çox mühüm bir məqamdır, önəmli bir inkişafdır. Mən son 10 ildə Türkiyədə belə bir şeyin şahidi olmamışam. Azərbaycan Türkiyə xarici siyasət meydanına yenidən qayıdıb. Türkiyə Ermənistan və Ermənistanla bağlı siyasətində tamamilə Azərbaycana güzəştə gedib və elə bil ki, onu indi Azərbaycan müəyyən edir.”

2009-cu ildə oktyabr ayında Ankara və Yerevan arasında diplomatik münasibətlərin bərpası və Türkiyənin Ermənistana qarşı iqtisadi embarqoya son qoyulmasını nəzərdə tutan protokollara imza atması rəsmi Bakını qəzəbləndirmişdi.

İstanbulda müstəqil tədqiqat institutlarından biri olan İqtisadi və Xarici Siyasət Araşdırmaları Mərkəzində təhlilçi Sinan Ülgenin sözlərinə görə, rəsmi Ankara Yerevanla münasibətləri yaxşılaşdırmaqla Ermənistan-Azərbaycan münaqişəsinin həllinə kömək etmək üçün gücünün artacağını düşünürdü. Təhilçi deyir ki, Bakının buna qarşı çıxmasına görə Baş nazir Rəcəp Tayyib Ərdoğan Ermənistanla yaxınlaşma səylərini dondurmalı oldu. Sinan Ülgen:”Baş nazir Türkiyədə milli hissləri güclü olan seçicilərə görə Bakıya üstünlük verdi, çünki Türkiyə ənənəvi olaraq vətənpərvərlik hisslərinin güclü olduğu bir ölkə olub və belə bir ölkə olaraq qalır. Millətçilər güclüdür, onlar hakim partiyanın seçiciləridir və Azərbaycan da bu kartdan istifadə edir.”

ABŞ Dövlət Departamenti cənab Ərdoğanı Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması səylərinin dayandırılmasına görə tənqid edib. Lakin rəsmi Ankaranın bu mövqeyi Bakı tərəfindən yüksək qiymətləndirilir. Son bir neçə ay ərzində Azərbaycan enerjiyə ehtiyacı olan Türkiyənin neftlə təmin edilməsinə dair bir sıra əlverişli müqavilələr imzalamışdır. Ankara Türkiyənin regional enerji mərkəzinə çevrilməsinə çalışır. Azərbaycanla bu razılaşmalar Ankaranın həm də beynəlxalq iqtisadi sanksiyalarla qarşılaşmış İrandan enerji asılılığının azaldılmasına yönəlmişdir.

Lakin Türkiyə Xarici İşlər nazirliyinin strateji planlaşdırma şöbəsinin keçmiş müdiri Murat Bilhan Azərbaycanla münasibətlərin güclənməsinə baxmayaraq, Bakının Ankara ilə bağlı şübhələrə malik olduğunu deyir. Murat Bilhan: ”Münasibətlər etibara əsaslanmayıb, özü də bu təkcə Ermənistana görə deyil. Azərbaycan Türkiyəyə sünni müsəlman ölkəsi olduğu üçün şübhə ilə yanaşır. Azərbaycan əhalisinin əksəriyyəti şiədir. Lakin müəyyən səbəblərə görə birgə maraqlar var. Bu, əsas etibarilə enerji layihələri ilə əlaqədardır. Ermənistanı ötüb keçən dəmir yolu layihəsi də masa üzərində qalır.”

Lakin Azərbaycan Türkiyənin Ermənistanla münasibətləri yaxşılaşdırmaq üçün ciddi səbəbləri olduğunu anlamalıdır. Ankara Yerevanla münasibətlərin normallaşmasına Türkiyənin Birinci Dünya müharibəsi dövrü ermənilərin qətllərinin soyqırım kimi tanıması çağırışlarını yüngülləşdirməyin yolu kimi baxır. Rəsmi Ankara bu iddiaları rədd edərək, soyqırım deyil, vətəndaş müharibəsindən söhbət getdiyni deyir.

Keçmiş türk diplomatı Ülgen mübahisənin güclənə biləcəyi barədə xəbərdarlıq edir.

Sinan Ülgen:” Biz faciəli hadisələrin 100 ilinin tamam olacağı 2015-ci ilə yaxınlaşırıq. Türkiyə bunu nəzərə almalıdır və öz maraqlarını dəyərləndirməlidir. Lakin görürük ki, Azərbaycan bu məsələdə Türkiyə xarici siyasətində veto səsini saxlamağa davam edir.”

Keçən ay Fransa partlamentində soyqırımın inkar edilməsinin cinayət olduğuna dair qanunun qəbul edilməsindən sonra Türkiyə və Fransa arasında diplomatik gərginlik yaranmışdır. Daha bir diplomatik gərginliyə ABŞ Senatında ermənilərin iddia etdiyi soyqırım tanınmasına dair səylər səbəb ola bilər. Lakin Ankara üçün əsas məsələ Yerevanla münasibətləri Bakını özündən uzaqlaşdırmadan qurmaqdır. Bu sınaqdan çıxmaq Türkiyə üçün belə görünür başlıca diplomatik prioritetlərədən biri olacaq.

XS
SM
MD
LG