Accessibility links

Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Azərbaycanda görüşlər keçirib


Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Azərbaycanda görüşlər keçirib

Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Azərbaycanda görüşlər keçirib

Görüşlərdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı son durum və Türkiyə-Ermənistan əlaqələri ətrafında fikir mübadiləsi aparılıb.

Türkiyə Xarici İşlər naziri Əhməd Davudoğlu bu gün Bakıda Prezident İlham Əliyev və Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşüb. Görüşlərdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı son durum və Türkiyə-Ermənistan əlaqələri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşlərdən sonra keçirilən brifinqdə Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov bildirib ki, cənab Davudoğlu Vaşinqtonda keçirilən görüşlərin nəticələri ilə bağlı məlumat verib.

Nazirin sözlərinə görə, sabah ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov və amerikalı həmsdəri Robert Bradtke Bakıya səfər edəcək.

Cənab Davudoğlu deyib ki, əsas məqsəd Cənubi Qafqazda əlaqələrin normalaşdırıldığı, sərhədlərin açıldığı, təhlükəsizliyin və qarşılıqlı etimadın olduğu yeni mərhələnin başlanmasıdır. “Ümid edirəm ki, bu, ATƏT-in Minsk Qrupunun səyləri ilə mümkün olacaq, hədəfə çatacağıq. Sabah ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycana səfəri də mühüm əhəmiyyət daşıyır. Biz bütün tərəflərlə təmasları davam etdirərək, hədəfimizə çatmaq üçün lazımi səyləri davam etdirəcəyik”, - deyə o qeyd edib.


XS
SM
MD
LG