Accessibility links

Almaniyanın xarici işlər naziri Ankaraya səfər edib


Türkiyə ilə Avropa İttifaqı arasında gərginliyin azaldılması məqsədi ilə Almaniyanın xarici işlər naziri Ankaraya səfər edib. Berlin Türkiyənin siyasi opponentləri və mediaya qarşı basqılarına görə narahatlıqların mərkəzinə çevrilib.

Türkiyəli həmkarı Mevlut Çavuşoğlu ilə görüşündən sonra Frank-Uolter Stayenmayer müzakirələrin asan olmadığını etiraf edib. Nazir ölkəsinin Ankaranın Avropa İttifaqına üzvlük məsələsini dəstəklədiyini, lakin inkişafın əldə edilməsinin Türkiyədən asılı olduğunu deyib.

Narahatlıqlar ədliyyə sisteminin işinə müdaxilə kimi qiymətləndirilməməlidir

Qurumun bəzi üzvləri Ankaranın Avropa İttifaqına üzvlüyü bağlı müzakirələrin dondurulmasına çağırır.

Buna səbəb Türkiyənin çevriliş cəhdindən sonra tutduğu mövqedir. O vaxtdan bəri o ölkədə 120 min insan işdən kənarlaşdırılıb, 33 min adam həbs edilib. Onlar arasında 100-dən çox jurnalist var.

Almaniyanın xarici işlər naziri ölkəsinin bu basqılara görə narahat olduğunu deyib. Stayenmayer bildirib ki, narahatlıqlar ədliyyə sisteminin işinə müdaxilə kimi qiymətləndirilməməlidir.

Türkiyənin xarici işlər naziri Cavuşoğlu isə öz növbəsində Avropa İttifaqının Türkiyəni müzakirələrdən kənarlaşdırılması və ya NATO-ya üzvlükdən məhrum edilməsi çağırışlarını tənqid edərək, Türkiyənin belə bir rəftara layiq olmadığını vurğulayıb. O, qərarın xaqın iradəsi olduğunu bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qurumla müzakirələrin davam etdirilməsi məsələsinin referenduma çıxarılmasını təklif edib.

Frank-Uolter Stayenmayer
Frank-Uolter Stayenmayer

Çavuşoğlu Almaniyanı PKK ilə mübarizədə əməkdaşlıq etməməkdə günahlandırıb. O deyib ki, Türkiyə PKK-nın Almaniyadakı fəaliyyəti ilə bağlı Berlinə 4 min sənəd təklif edib və onların yalnız 4-nə cavab alıb.

Frank-Uolter Staymayer Isə bundan xəbərsiz olduğunu bildirib.

Almaniyanın xarici işlər nazirinin səfərindən öncə kəskin çıxışlar gözlənilməz deyildi. Belə ki, nazirin səfərindən qabaq Çavuşoğlu onunla telefonla danışmaqdan iki dəfə imtina etmişdi. O demişdi ki, Almaniya yerini bilməlidir.

Mövlut Çavuşoğlu
Mövlut Çavuşoğlu

Nazirlərin görüşü keçirilən zaman Türkiyənin baş naziri Binəli Yıldırım da bunabənzər bəyanat verərək deyib ki, Avropa İttifaqı ya Türkiyəni yanında görməli, ya da onu düşmən elan etməlidir.

O, qurumun anti-terror qanunlarında islahatlar aparılması çağırışını da rədd edib.

XS
SM
MD
LG