Accessibility links

Türkiyədə ümummilli seçkilər öncəsi partlayışların araşdırılması tələbi ilə keçirilən etiraz aksiyası vəziyyəti daha da gərginləşdirib.

“Ərdoğan qatildir” kimi şüarlar səsləndirən nümayişçilər partlayıçlar baş verən yerlərə qərənfillər qoyub.

Hücumlar zamanı 2 nəfərin həlak olduğu təsdiq edilib. 100-dən artıq insan xəsarət alıb.

Baş nazir Əhməd Davutoğlu cümə günü Diyarbəkir şəhərində seçkiqabağı kampaniyalar zamanı baş verən partlayışları təxribatçılıq kimi qiymətləndirib.

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan hadisələrə görə təəssüf hissi keçirdiyini deyərək, bu əməlin seçkiləri kölgə altına alan təhrikçilik adlandırıb.

Ərdoğan üçün parlament seçkilərinin nəticəsi böyük əhəmiyyət kəsb edir. Belə ki, o, parlamentə əsaslanan hökumətin prezidentin hakimiyyətinə verilməsi üçün konstitusiyada dəyişiklik etməyə çalışır. Bunun üçün ona parlamentdə əksəriyyət əldə edilməsi çox vacibdir.

Müxalif Xalq Demokrat Partiyası (HDP) Ərdoğanın konstitusiya islahatlarına ən böyük maneə ola bilər. Partiya parlament seçkilərində 10 faiz səs qazansa, konstitusiyada dəyişiklik planına qarşı çıxa bilər.

XS
SM
MD
LG