Accessibility links

Türkiyənin buffer zona yaratmaq planlarına dair şayiələr gəzir


Turkish soldiers stand guard on the Turkish side of the border in Suruc, Turkey, June 26, 2015, as smoke rises in the background.
Turkish soldiers stand guard on the Turkish side of the border in Suruc, Turkey, June 26, 2015, as smoke rises in the background.

Türkiyə təhlükəsizliyinin islamçı ekstremistlər və ya Suriya kürdləri tərəfindən təhdid edildiyi təqdirdə, hədələrə cavab veriləcəyi barədə xəbərdarlıqla çıxış edib.

Türkiyənin Təhlükəsizlik Şurasının iclasından sonra yüksək səlahiyyətli rəsmi Suriyada kürdlərə ərəblərdən artıq üstünlük verildiyi müharibənin demoqrafik dəyişikliyə yol açdığı barədə narahatlığını dilə gətirib. Lakin Türkiyənin təktərəfli hərbi mövcudluqla buffer zona yaratmaq niyyətindən söz açılmayıb.


Bu ay keçirilən seçkilərdə əksəriyyət əldə edə bilməyən bəzi müxalif siyasətçilər hökuməti müharibədən koalisiya qurmaq üçün istifadə etməkdə ittham edir.

Receb Tayyib Ərdoğan
Receb Tayyib Ərdoğan

Son günlər prezident Rəcəb Tayyib Ərdoğanın Suriya kürdlərinin özlərinə dövlət yaratmaqdan çəkindirmək üçün Suriyanın şimal bölgəsində hərbi müdaxilə planı haqda şayiələr gəzir.

30 ildən artıqdır ki, fəaliyyəti qadağan edilən Kürdüstan Fəhlə Partiyası (PKK) və Suriya kürdlərinin Demokrat Birlik Partiyası (PYD) özünüidarə uğrunda mübarizə aparır. Türkiyə PYD-ni də terrorist təşkilat hesab edir.

Cənub sərhədlərimizdə bir dövlət yaradılmasına imkan verməyəcəm

Ötən həftə küdr döyüşçülərin İslam Dövləti yaraqlıları üzərində nailiyyətindən sonra prezident Ərdoğan Suriyanın şimal sərhədlərində kürd dövləti yaradılmasına yol verməyəcəyinə and içmişdi.

"Bütün dünyaya bildirmək istəyirəm ki, cənub sərhədlərimizdə bir dövlət yaradılmasına imkan verməyəcəm. Biz mübarizəmizi nəyin bahasına olursa olsun, davam etdirəcəyik"- deyə prezident bildirib.


Son günlər dövlət mediası 18 min əsgərin yerləşdiriləcəyi 100 kilomert uzunluğu və 30 kilomert enində buffer zona yaradılması planlarından yazır.


Milli Təhlükəsizlik Şurasının bəyanatında bildirilir ki, Suriya ilə cənub sərhədlərdə vəziyyət nəzərdən keçirilir, regiondakı mülki əhalinin hədəf alınması və demoqrafik dəyişikliklərə mane olunması üçün əlavə ölçülərə əl atılacaq.


Suranın toplantısından bir qədər əvvəl baş nazir Əhməd Davutoğlu diqqətləri Türkiyənin Suriyaya müdaxiləsinə dair şaiyələrdən yayındırmağa çalışıb.

Əhməd Davutoğlu
Əhməd Davutoğlu

"Əgər Türkiyə sərhədlərinin təhlükə altında olduğu qənaətinə gəlsək, qüvvələrimiz hazır vəziyyətə gətiriləcək"- deyə Davutoğlu bildirib.

Türkiyə uzun müddətdir ABŞ və digər tərəfdaşlarını ABŞ-ın başçılığı ilə İslam Dövlətinə qarşı koalisiya qurulması və uçuşlara yasaq zona yaradılmasına çağırır.

2 milyon Suriya qaçqınına sığınacaq verən Türkiyə buffer zonanın müharibədən qaçanlar üçün sığınacaq mahiyyəti daşıdığını deyir.

AKP Türkiyəni macəraya sürükləyir

​Türkiyənin müxalif partiyası CHP-nin lideri Kemal Kılıcdaroğlu AKP-ni xarici siyasəti daxili məsələyə çevirməkdə günahlandırıb.

O deyib ki, AKP Türkiyəni macəraya sürükləyir. Bu isə Türkiyəyə olduqca baha başa gələ bilər-deyə siyasətçi xəbərdarlıq edib.

Kemal Kılıcdaroğlu
Kemal Kılıcdaroğlu

ABŞ Dövlət Departamanetinin sözçüsü Mark Toner Suriya ilə buffer zona yaradılmasına dəlil olmadığını bildirib. O, bu kimi zona yaraılması üçün ciddi texniki probelemlər ola biləcəyi barədə xəbərdarlıqla çıxış edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG