Accessibility links

Türkiyə rəsmiləri bildirilir ki, sərhəddəki qaçqın düşərgəsində yaşayış şəraitinə etiraz edənlərlə türk hərbi polisi arasında qarşıdurmadan sonra azı 600 suriyalı deportasiya edilib.

Reutersin bildirdiyinə görə, çərşənbə axşamı baş verən hadisəni çəkən təhlükəsizlik video-kameralarında həmin insanların zorakılıqlar törətdiyi nümayiş etdirilib.

Agentlik 600-lə 700 arasında qaçqının deportasiya edildiyini bildirib. Təhlükəsizlik qüvvələri hələ də videoları nəzərdən keçirir və deportasiya etmək üçün zorakılıqlarda əli olanları axtarır.

XS
SM
MD
LG