Accessibility links

Korrupsiya qalmaqalı Türkiyə hökumətini silkələyir


Türkiyə qalmaqalı Ərdoğan hökumətini silkələyib
please wait

No media source currently available

0:00 0:02:06 0:00
Türkiyədə baş qaldıran korrupsiya skandalı hökuməti silkələyərək, baş nazir Rəcəb Tayyip Ərdoğanın kabinetini alt-üst etdi. Qeyri-müəyyənlik artdıqca şans var ki, böhranın miqyası Türkiyə sərhədlərini adlayacaq.

Yüksək rütbəli nazirlər və onların oğullarının tikinti sahəsində qeyri-qanuni pul köçürmələri və rüşvətxorluqları tərs xarakterli Rəcəp Tayyip Ərdoğanı öz kabinetində dəyişikliklər etməyə vadar etdi. Baş verənlər cəmiyyətdə narahatlıqlara, etirazçıların küçələrə çıxmalarına və polsilə qarşıdurmalara, baş nazirin istefasına çağırışlara səbəb oldu.

İstanbulun özəl Kadir Has Universitetindən Soli Özəl: “Fikrimcə baş verənlər Türkiyənin iflic olmuş və körpüləri yandırmaqda davam edən ölkə imicini formalaşdırıb.”

Türkiyə qəzetləri spekulyativ məqalələr dərc edir, bəziləri Birləşmiş Ştatların Ankaradakı səfirliyinin Türkiyənin hazırkı hökumətinə qarşı kampaniyalar apardığını yazır.

Birləşmiş Ştatlar isə belə ittihamların əsassız olduğunu deyərək, baş verənlərlə bağlı dərin narahatlığını izhar edir. ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki: “Bizim spesifik hadisələrlə bağlı şərhimiz yoxdur. Biz Türkiyə məhkəmə sistemindən gözləntimiz şəffaflıq və ədalətdir.”

Hərçənd ki, Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu hələ də vəzifəsində qalır, skandal Türkiyənin Yaxın Şərqdəki roluna təsir göstərə bilər.

Vəziyyəti daha da gərginləşdirən amil korrupsiya skandalında İranın adının hallanmasıdır. Burada türk rəsmilərin iranlı biznesmenlərindən rüşvət alması, tükr banklarından istifadə kimi söhbətlər dolaşmaqdadır. Hazırda isə hiddətlənmiş türk ictimaiyyəti cavablar tələb edir, və dünya növbəti olayı izləyir.
XS
SM
MD
LG