Accessibility links

Türkiyədə dövlət çevrilişi cəhdi ilə əlaqədar 20 nəfər həbs edilib


Türkiyə rəsmiləri təhqiqatçıların “Balyoz” işi adlandırıqları işlə əlaqədar fevral ayında 70-ə yaxın adamı həbs etmişdilər

Türkiyədə polis 2003-cü ildə hökuməti devirmək cəhdi ilə əlaqədar olaraq 20 nəfəri həbs edib.

Təhqiqatçılar bildirir ki, şübhəlilər arasında hazırda orduda xidmət edən və təqaüdə çıxmış zabitlər var. Onlar fevral ayında həbs olunmuş, sonra isə hakim tərəfindən azad edilmiş daha böyük bir qrupa aid edilir.

Türkiyə rəsmiləri təhqiqatçıların “Balyoz” işi adlandırıqları işlə əlaqədar fevral ayında 70-ə yaxın adamı həbs etmişdilər.

Prokurorlar dövlət çevrilişi cəhdləri planlarının məscidlərdə bomba partlayışları həyata keçirmək, hərbi təyyarələrə hücumlar təşkil etmək, hökuməti zəifləmək məqsədilə Türkiyə və Yunanıstan arasında gərginlik yaradaraq, hərbi qüvvələrin hakimyyətə gəlişini təmin etməkdən ibarət olduğunu bildirirlər.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG