Accessibility links

Türkiyədə məhkəmə 196 adamı 2003-cü ildə çevriliş cəhdində iştirakda ittiham edib


Türkiyədə məhkəmə 196 adamı 2003-cü ildə çevriliş cəhdində iştirakda ittiham edib

Türkiyədə məhkəmə 196 adamı 2003-cü ildə çevriliş cəhdində iştirakda ittiham edib

Türkiyə ordusu 2003-cü ildə çevriliş planlaşdırdığı iddialarını rədd edir. Haqqında həbs qərarı çıxardılanların siyahısına təqaüddəki iki yüksək rütbəli komandir də daxildir.

Türkiyədə məhkəmə, 2003-cü ildə İslam təmayüllü hökumətə qarşı çevriliş cəhdində iştirak ittihamı ilə 103 adamın həbsi barədə qərar çıxardıb. Nəzarət altına alınan şübhəlilərin siyahısına təqaüddəki azı üç yüksək rütbəli komandan daxildir. Onlar Balyoz Əməliyatı adlanan hərbi çevriliş cəhdinin planlaşdırılmasında iştirakda şübhəli bilindiklərinə görə dekabr ayında məhkəmə qarşısına çıxardılacaqlar. Məhkəmənin ittiham oxuduğu 196 adamdan qalanları isə nəzarət altına alınmayacaq. Məhkəmə çevriliş cəhdində ittiham edilənlərin təqsirli olduqları barədə hökm çıxartdığı təqdirdə onlara iyirmi ilə həqədər azadlıqdan məhrum etmə cəzası verə bilər. Türkiyədə ordu isə 2003-cü ildə İslam yönümlü hökumətə qarşı çevriliş planlaşdırdığı iddialarını rədd edir. 1960-ci ildən bəri Türkiyədə hərbçilər dörd dəfə hökumət çevrilişi ediblər. Axırıncı çevriliş 1980-ci il, 12 sentyabrda həyata keçirilib. Çevrilişlərdən sonra isə hər dəfə hakimiyyət mülki hökumətə təhvil verilib. Türkiyədə ordu ənənəvi olaraq konstitusianın mühafizəçisi rolunu öz üzərinə götürüb. Ordunun həddindən çox nüfuza və Avropa ölkələrinin ordularından daha çox səlahiyyətə malik olması Qərbdə çox vaxt narahatlıqla qarşılanıb. Son illərdə bir tərəfdən də Avropa İttifaqının tələblərini yerinə yetirmək məqsədilə Türkiyədə ordunun ölkənin siyasi həyatındakı rolunun məhdudlaşdırılması istiqamətində mühüm addımlar atılıb.

Qərb ölkələrində adətən ordu müdafiə nazirliyinə tabedir ki, bu da ordu üzərində mülki hakimiyyətin nəzarətini təminat altına alır. Türkiyədə isə müdafiyə naziri ilə ordu arasındakı münasibətlər və bu nazirliyin səlahiyyətləri fərqlidir. Buna görə də tarixi olaraq müdafiyə nazirliyi səlahiyyətlər cəhətindən olduqca həssas bir vəzifə kimi qəbul edilir. Ölkə tarixində keçmişdə bəzi hallarda bunun bir nəticəsi olaraq nazirlər səlahiyyət məhdudiyyətlərinə görə istefa edə biliblər.



XS
SM
MD
LG