Accessibility links

BMT və Avropa İttifaqı Türkiyə və Kipri qazın istismarı ilə bağlı mübahisəni həll etməyə çağırır(YENİLƏNİB)

  • Amerikanın səsi

BMT və Avropa İttifaqı Türkiyə və Kipri qazın istismarı ilə bağlı mübahisəni həll etməyə çağırır(YENİLƏNİB)

BMT və Avropa İttifaqı Türkiyə və Kipri qazın istismarı ilə bağlı mübahisəni həll etməyə çağırır(YENİLƏNİB)

Türkiyə Kipr onun xəbərdarlıqlarına əhəmiyyət verməyərək, qazma işlərinə başladığını bildirməsindən sonra Aralıq dənizində ofşor qaz və neft yataqlarının istismarına başladığını bildirib.

Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğan bu gün bildirib ki, Türkiyə silahları qüvələri Aralıq dənizinin şərqində işlərin daimi monitorinqini aparmaq üçün hərbi gəmilər, hərbi təyyarələr və torpedo qayıqlarından istifadə edə bilər.

Türkiyənin Energetika naziri Taner Yıldız da ölkəsinin neft və qazın istismarı ilə bağlı apardığı işlərin hərbi gəmilər tərəfindən müşayiət ediləcəyinə dair xəbərdarlıq etmişdi.

Bundan öncə isə Kiprin enerji məsələləri üzrə rəsmisi Solon Assayn bu gün deyib ki, ABŞ-ın Noble Energy enerji şirkəti adanın cənubunda, İsrail sularına yaxın xüsusi iqtisadi zonada qazma işlərinə başlayıb. Kipr layihənin gerçəkləşdirilməsini 1998-ci ildən İsrail sahilinə yaxın ərazidə əməliyyatlar aparır.

ABŞ Dövlət katibi Hillari Klinton bu gün deyib ki, Vaşinqton Kiprin Aralıq dənizində enerji istismarı hüququnu müdafiə edir. Onun sözlərinə görə, enerji və iqitisadi inkişafa dair problemlərin həllinin ən yaxşı yolu Kiprin 37 ildir bölünməsinə son qoymaqdır. Xanım Klinron ABŞ-ın mövqeyini Nyu-Yorkda BMT-nin Baş Assambleyasının illik sessiyasında iştikra edən Türkiyənin Xarici İşlər naziri Əhməd Davutoğlu ilə görüşü zamanı bəyan edib.

BMT və Avropa İttifaqı Türkiyə və Kipri Aralıq dənizində qaz yataqlarının istismarı ilə bağlı mübahisədə təmkin göstərməyə çağırıb. Avropa İttifaqının xarici işlər naziri Ketrin Eştonun sözçüsü Maya Kosiyançiç tərəfləri mümkün ən tez zamanda məsələ ilə bağlı razılığa gəlməyə səsləyib.

XS
SM
MD
LG