Accessibility links

Türkiyədə şiddətli zəlzələ nəticəsində yüzlərlə nəfər həyatını itirib


Türkiyədə şiddətli zəlzələ nəticəsində yüzlərlə nəfər həyatını itirib
Türkiyədə şiddətli zəlzələ nəticəsində yüzlərlə nəfər həyatını itirib

Türkiyə mediası ölkənin cənub-şərqində baş vermiş şiddətli zəlzələ nəticəsində yüzlərlərə nəfərin öldüyü, minlərlə nəfərin yaralandığı haqda məlumat verib

7,2 bal gücündə zəlzələ bazar günü Van vilayətində baş verib. Zəlzədən sonra güclü yer titrəyişləri qeydə alınıb. Zəlzələ nəticəsində ən böyük zərər Ercis şəhərinə dəyib. Ercis şəhərinin meri fövqəladə yardıma ehtiyacın və çox sayda ölənin olduğunu bildirib.

Baş nazirin müavini Beşir Atalay Ercis şəhərində təxminən 30 binanın dağıldığını bildirib.

Birləşmiş Ştatlar və Azərbaycan daxil olmaqla, bir sıra ölkələr Türkiyəyə yardım təklif edib. ABŞ prezidenti Barak Obama və Dövlət katibi Hillari Klinton Türkiyə xalqına başsağlığı ifadə ediblər. Prezident Obama deyib ki, ABŞ zəlzələ haqda xəbərləri böyük narahatlıqlarla izləyir və bu ağır vaxt Türkiyə ilə çiyin-çiyinə dayanır.

XS
SM
MD
LG