Accessibility links

Moody’a reytinq şirkətinin Türkiyənin iqtisadi durumunu stabildən neqativə endirməsi narahatlıqlara səbəb olub.

Dəyərləndirmə maliyyə bazarları üçün gözlənilməz deyil. Bu, Qlobal Mənbə Tərəfdarlığı şirkətinin əməkdaşı Atilla Yeşiladanın fikridir. "Gezi hadisələrindən sonra Türkiyə həm iqtisadi, həm də siyasi baxımdan çətinliyə düşdü. İqtisadiyyat zəiflədi və Türkiyənın qlobal imkanları məhdudlaşdı. Bu isə Türkiyənin xarici maliyyələşmədən asılılığını artırdı.

Ötən ay seçkilərində Ədalər və İnkişaf Partiyasının yerli seçkilərdəki qəlbəsinə baxmayaraq, narahatlıqlar aradan qalxmayıb. İnvestorlar əvvəllər Türkiyəyə siyasi sabitliyə görə yatırım edirdi.

Türkiyənin Finansbankının baş iqtisadçısı İnan Demirin fikrincə, baş nazir Recep Tayyib Ərdoğanın hədsiz qüdrəti narahatlıq mənbəyidir. "Siyasi sabitlik naminə gücün konsentrasiyası və ya Mərkəzi Banka olan təzyiqlər narahatlıq doğrur."

AKP-nin qələbəsindən sonra baş nazir Türkiyənin Mərkəzi Bankından sələm faizlərinin azaldılmasını tələb edib. Bank yanvar ayında Türkiyə valyutasının dəyər itirməməsi üçün faizləri iki dəfə artırmışdı.

İqtisadçı Demir deyir ki,bankın fəaliyyətinə müdaxilə edilməsi maliyyə bazarlarında vəziyyəti gərginləşdirə bilər. “Müstəqil Mərkəzi Bank 2001-ci ildə Türkiyəni böhrandan xilas etmişdi. İndi vəziyyət 2001-ci ildən əvvələ qayıda bilər. Bu isə Türkiyəyə qarşı təzyiqləri artırar.”

Siyasi təhlilçilər avqust ayında prezident seçkilərinə qatılacaq Ərdoğanın faizləri azaltmaqla iqtisadiyyatı gücləndirməyə çalışdığını deyir. Ərdoğanın nailiyyətini misilsiz iqtisadi artım təmin etmişdi.

Təhlilçilər seçkilərin Türkiyə iqtisadiyyatının gələcəyini müəyyən edəcəyini düşünür.

Hökumət Türkiyənin beynəlxalq borclarını investor dərəcəsində göstərilməsini xarici investorların cəlb edilməsinə və kredit xəclərinin azalmasına yardım etdiyini bildirir.

İqtisadçılar isə investotların yeni bazarlara artan tərəddüdlə yanaşdığını deyirlər. Cənab Ərdoğan öz prezidentlik ambisiyalarını maliyyə bazarlarının həssaslığı ilə balanslaşdırmağın yolunu tapmalıdır.
XS
SM
MD
LG