Accessibility links

Türkiyədə hökumətin dini tədrisi qabartması qəzəblə qarşılanır [Təhlil]


Türkiyənin Milli Təhsil Şurasının məktəblərdə aşağı sinif şagirdlərində dini dəsrlər, uşaq bağçalarında isə qədim Osmanlı türkcəsinin öyrədilməsi ilə bağlı təklifi tənqidlə qarşılanır.

Türkiyədə təhsil dünvəviçilər və dindarlar arasında bir nömrəli debat mövzusuna çevrilib.

Osmanlı türkcəsinin tədris edilməsini istəyib- istəməmələrindən asılı olmayaraq, bu ölkədə Osmanlı türkcəsi tədris ediləcək.
Rəcəb Tayyib Ərdoğan, Türkiyə Prezidenti

Milli Təhsil Şurasının təhsillə bağlı irəli sürdüyü bir neçə təklifi siyasi debatların mərkəzindədir. Əsas müxalifət partiyası olan Respiblikaçı Xalq Partiyası Təhsil Nazirliyini məktəblərdə hazırda istifadə olunmayan Osmanlı türkcəsinin öyrədilməsinin ölkəni keçmişə sürükləyəcəyini deyib.

Lakin prezident Rəcəb Tayyip Ərdoğan tənqidləri kəskin şəkildə rədd edir. “Osmanlı türkcəsinin tədris edilməsini istəyib- istəməmələrindən asılı olmayaraq, bu ölkədə Osmanlı türkcəsi tədris ediləcək.” deyə, cənab Ərdoğan bildirib.

Türkiyə Təhsil Nazirliyinə məktəblərdə dini dərslərin qəti şəkildə tədris edilməsi ilə bağlı məsləhətlər verən Milli Təhsil Şurası bütün yaşlardakı şagirdlərə həftədə iki saat din dəsrlərinin keçirilməsini tələb edib. Şura eləcə də uşaq bağçalarına bunun şamil edilməsini istəyib.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Tevfik İleri imam hatip məktəbinin tələbələri ilə danışır. Ankara, 18 noyabr, 2014.
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Tevfik İleri imam hatip məktəbinin tələbələri ilə danışır. Ankara, 18 noyabr, 2014.

Süleyman Şah Universitetinin müəllimi və Zaman qəzetinin yazarı Çingiz Aktar islahatların president Ərdoğanın məqsədlərinə uyğun olduğunu deyir. “Cənab Ərdoğan illərdir yeni mömin nəslin yetişdirilmə

Hələ baş nazir vəzifəsində çalışarkən cənab Ərdoğan “İmam Hatip” dini məktəblərinin artmasına yardım edib və 2004-cü ildən bəri din dərsi alan şagirdlərin sayı 65 mindən bir milyona çatdıb.

Dini tədrisə etiraz olaraq, İstanbulda aklsiyalar keçirilib.

Lakin cənab Ərdoğan dini tədrisin uşaqlar arasında narkotik maddələrdən istifadə və irqçiliyin qarşısı ala biləcəyini deyir.

Dini Məsələlər Müdirliyi xəstəxanalarda, qadın sığınacaqlarında və digər yerlərdə aktivdir. Onlar yeni mühafizəkar cəmiyyət qururlar. Amma din azadlığına hörmət yoxdur.
İştar Gözaydın, Doğuş Universiteti

Dini Məsələlər Müdirliyinin yüksək səviyyəli üzvünun dediyinə görə, dünyəviçilik Türkiyədə İslama hədədir.

İstanbulun Doğuş Universitetində dövlət və din üzrə eksperti İştar Gözaydın deyir ki, hökumət Türkiyə cəmiyyətini dəyişir.

“Dini Məsələlər Müdirliyi xəstəxanalarda, qadın sığınacaqlarında və digər yerlərdə aktivdir. Onlar yeni mühafizəkar cəmiyyət qururlar. Amma din azadlığına hörmət yoxdur.”

“Diyanət” adlanan Dini Məsələlər Müdirliyi Türkiyədə xilafət ləğv edildikdən və dünyəviçi dövlət qurulduqdan sonra yaranıb.

Son rəy sorğuları ölkədə əhalinin 70 faizinin dinə həssas yanaşdıqlarını göstərib. Lakin tənqidçilər aparıcı, İslam təmayüllü Ədalət və İnkişaf Partiyasını (AKP) və prezidenti Türkiyənin təməli 1923-cü ildə qurulan dünyəviçiliyinə son qoymaq istəyində ittiham edir.

Bu qızğın çəkişmənin mərkəzində təhsil və uşaqlar dayanır.

XS
SM
MD
LG