Accessibility links

Tükiyədə bu gün parlament seçkiləri keçirilir (YENILƏNİB)

  • Amerikanın səsi

Tükiyədə bu gün parlament seçkiləri keçirilir (YENILƏNİB)

Tükiyədə bu gün parlament seçkiləri keçirilir (YENILƏNİB)

Türkiyədə parlament seçkilərində səsvermə məntəqləri bağlanıb. Rəy sorğuları Baş nazir Rəcəp Tayyib Ərdoğanın Ədalət və İnkişaf Partiyasının üçüncü dönəm hakimiyyətdə qalmaq üçün qələbə əldə edə biləcəyini göstərir. Seçkidə Ədalət və İnkişaf Partiyasının əsas rəbiqi Cumhuriyyət Xalq Partiyası olub.

Cənab Ərdoğanın partiyası 550 yerlik parlamentdə yerlərin üçdə-ikisini alaraq, yeni konstitusiyanı təqdim etmək üçün ona imkan veriləcəyinə ümid bəsləyir. Tərəfdarlar yeni konstitusiyanın kürdlər kimi ölkədə olan azlıqlara daha geniş hüquqları təmin edəcəyini bildirir. Lakin cənab Ərdoğanın opponentləri onun hökumətinin tənqidə daha az dözümlü olduğunu deyərək, baş nazirin əsas məqsədinin öz nəzarətini gücləndirməkdən ibarət olduğunu bildirir. Onlar həmçinin baş naziri hakimiyyətindən sui-istifadə etməkdə və dünyəvi dövlət ənənələrindən uzaqlaşaraq, islama əsaslanan bir hökumət qurmağa çalışmaqda ittiham edirlər.

XS
SM
MD
LG