Accessibility links

Türkiyədə prezident seçkilərindən gözləntilər nədir? [Təhlil]


cumhurbaskanligi secimi banner

cumhurbaskanligi secimi banner

Türkiyə baş naziri sabah keçiriləcək ölkənin ilk birbaşa prezident seçkisinində favorit hesab edilir.

Rəcəb Tayyip Ərdoğan deyib ki, əgər bazar günü keçiriləcək seçkilərdə qalib gəlsə, konstitusion dəyişikliklər həyata keçirərək icra edici prezidentliyin əsasını qoyacaq. İndiyədək Türkiyədə prezident simvolik dövlət başçısı hesab edilib.

Bununla yanaşı cənab Ərdoğan deyib ki, o, Türkiyənin mövcud qanunlarına əsasən prezidentə tam prezidentlik səlahiyyətləri verə bilər. O, buraya parlamentin çağırılması, Kabinetin iclaslarının çağırılması, baş nazir, nazirlər şurası və bəzi ali məhkəmə hakimlərinin təyinatı kimi səlahiyyətlər daxil ola bilər.

Baş nazirin Türkiyəni dəyişməyə nail olduğu bir vaxt cənab Ərdoğanın başlıca tərəfdarları olan dini mühafizəkarlar onun prezidentlik marağını yüksük qiymətləndirir. 1923-cü ildə Mustafa Kamal Atatürkün müasir Türkiyə Respublikasını qurdurmasından bəri hökumətdə çoxluq təşkil edən dünyəviçi elita son on ildə baş nazir tərəfindən zərərsizləşdirilib.

Baş nazirin tənqidçiləri onun islamçı təmayülündən və gündən-günə avtoritarlaşan mövqeyindən narahatdırlar. Son bir ildə cənab Ərdoğan minlərlə polis işçisini və müstəqini ixtisara salaraq, kəşfiyyat agentliyinin səlahiyyətlərini artırıb. O, habelə ailə və hökumət üzvlərinin də adı keçən korrupsiya ittihamının qarşısını almaq üçün ölkədə YouTube və Twitterə qadağa qoyub.

Cənab Ərdoğanın əsas rəqibi Ekmələddin İhsanoğlu isə prezidentin ənənəvi rolunu icra edəcəyinə söz verib.

Üçüncü namizəd Kürd Xalq Demokratik Partiyası tərəfdarı Səlahəddin Dəmirdaşdır.

Ərdoğanın kampaniya şüarı "Xalqın iradəsi, Xalqın gücü"dür. O deyir ki, bazar günü keçiriləcək seçkilərin nəticələrindən asılı olmayaraq, artıq Türkiyə əvvəlki kimi olmayacaq.

XS
SM
MD
LG