Accessibility links

Türkiyədə yerli seçkilər keçirilir


Bu gün Türkiyədə yerli seçkilər keçirilir. Seçkilər baş nazir və onun hakim partiyası AKP üçün referendum mahiyyəti daşıyır.

Rəcəp Tayyib Ərdoğan korrupsiya qalmaqalı ilə üzləşib.Qalmaqal nazirlər Kabinetindəki bir neçə nazirin istifasına səbəb olub.

Lakin bütün bunlara baxmayaraq baş nazir Ədalət və İnkişaf partiyasının seçkilərdə uğuruna inandığını deyib.

Bugünkü səsvermədə 50 milyon insanın iştirak etdiyi təxmin edilir.

Bir çox bölgələrdə səsvermələr sakit keçsə də, Suriya ilə sərhəd iki kənddə qarşıdurma olub. Qarşıdurmalar zamanı 8 adam öldürülüb. Atışma nəticəsində 13 adamın yaralanıdığı xəbər verilir.

Seçkilərdən öncə hökumət sosial mediaya qarşı ciddi ölçülərə əl atıb.

Human Rights Watch Türkiyə hökumətinin YouTube səhifəsinə qadağa qərarını faciəvi addım adlandırıb. Qrup bunu ifadə azadlığının pozulması kimi qiymətləndirərək, YouTube və keçən həftə qadağan edilən Twitter-in açılmasına çağırıb.

İnsan hüquqları təşkilatı yasaqları beynəlxalq insan hüquqları və Türkiyənin daxili qanunlara zidd adlandırıb.

Türkiyədə YouTube xarici işlər naziri və digər yüksək səlahiyyətli rəsmilərin Suriyadakı milli əməliyyatlar planı barədə söhbətlərinin yayılmasından sonra bağlanıb.

Ötən həftə bu ölkədə Twitter baş nazir Rəcəb Tayyip Ərdoğan və onun oğlunun korrupsiya qalmaqalı ilə əlaqəli audio yazıları ortaya çıxdıqdan sonra qadağan edilib.

Beynəlxalq ictimaiyyət və Türkiyə məhkəməsi hökumətin bu əməllərini qanunsuz adlandırır.
XS
SM
MD
LG