Accessibility links

Türkiyədə səslər hesablanır:AKP:51%, CHP:25%, MHP:13% (YENİLƏNİB)


Türkiyədə səslər hesablanır:AKP:51%, CHP:25%, MHP:13% (YENİLƏNİB)
Türkiyədə səslər hesablanır:AKP:51%, CHP:25%, MHP:13% (YENİLƏNİB)

Ədalət və İnkişaf Partiyası səs çoxluğu ilə irəlidədir, lakin belə görünür, parlamentdə yerlərin üçdə-ikisini ala bilməyəcək

Türkiyədə parlament seçkilərində səslər hesablanır. İlkin nəticələri ölkənin baş naziri və onun islam yönlü partiyasının qəti qələbəyə yolunda olduğunu göstərir. Səslərin 43 faizinin hesablandığı anda qeyri-rəsmi nəticələr Ədalət və İnkişaf Partiyasının səslərin 50 faizindən çoxunu özünə təmin etdiyini göstərir. Indiyə qədər hesablanan səslərə görə, Müxalifətçi Cumhuriyyət Xalq Partiyası 22 faiz, ölkənin üçüncü böyük partiyası olan Milli Hərəkat Partiyasının səslərin 13 faiz səs əldə edib. 50 milyon seçici bu günkü seçkilərdə səs verə bilər. Ədalət və İnkişaf Partiyasının gözlənildiyi kimi qələbə çalmasına baxmayaraq, belə görünür, yeni konstitusiyanı təqdim etmək üçün 550 yerlik parlamentdə yerlərin üçdə-ikisini ala bilməyəcək. İlkin nəticələr parrtyanın 330 yeri qazana bilmədiyinə işarə edir.

XS
SM
MD
LG