Accessibility links

Ankarada polislə nümayişçilər arasında qarşıdurma olub


Bu gün, hökumətə qarşı nümayişlərin 11-ci günü Türkiyənin paytaxtında etirazçılarla polis arasında qarşıdurma olub. Ankarada etirazçılar nümayişləri dağıtmaq üçün təzyiqli sudan istifadə edən polisi daşa basıb.

Polislə nümayişçilər arasında qarşıdurmalar baş nazir Rəcəb Tayyib Ərdoğanın paytaxt Ankarada minlərlə tərəfdarına hökumətə qarşı nümayişlərə görə səbrinin tükəndiyini deməsindən bir neçə saat sonra baş verib. Cənab Ərdoğan yanğınlarda, dağıntılarda və hücumlarda əli olanları vəhşi adlandlraraq, onları dəstəkləyənlərin onlarla eyni olduqlarını deyib.

Bazar günü isə cənab Ərdoğan bunları deyib ki, "etirazçılar bütün bunlara cavab verəcək" və "onlarla onların dilində danışılacaq".
XS
SM
MD
LG