Accessibility links

Ərdoğan hökuməti əleyhdarlarına qarşı kibernetika müharibəsi aparır [Təhlil]


Türkiyə hökuməti əleyhdarlarına qarşı kibernetika müharibəsi aparmaqda ittiham edilir. Müxalif qüvvələr sosial media vasitəsilə etirazlar təşkil edir, yüksək səviyyəli hökumət rəsmilərini korrupsiyada ittiham edirlər.
​Keçən ay baş nazir Rəcəb Tayyib Ərdoğanın Ədalət və İnkişaf Partiyası (AKP) bələdiyyə seçkilərində qələbə qazandıqdan sonra bir neçə qəzet hücuma məruz qaldı. Bunların arasında baş nazirin opponentinin sahib olduğu Cihan xəbər agentliyi də var idi.

Cihan xəbər agentliyinin texniki məsələlər üzrə müdiri Yusuf Kənan deyir: “Problem seçki günü başladı. Bizə D-dos hücumu baş verdi. D-dos bizim infrastrukturda tıxac yaratmaq deməkdir ki, bu zaman müştərilərə xidmət dayanır. Adətən biz belə hücumlara məruz qalırıq. 10 giqabaytlıq hücumlar o qədər də güclü olmur. Lakin seçki günü yüzlərlə giqabayt həcmində hücumlar oldu.”
Twitter şirkətinin Türkiyə rəsmilərinin ayağına gəlməsi göstərdi ki, onları ifadə azadlığı yox, öz maraqları qayğılandırır. Twitter şirkətinin Türkiyə hökuməti ilə əməkdaşlığı bu ölkədəki Twitter istifadəçilərinin etimadına ağır zərbə endirir.
Yaman Ağdəniz, Bilgi Universiteti


Yusuf Kənan barmağını hökumətə tuşlamaq istəməsə də, kiber hücumlara məruz qalan Zaman qəzetinin yazarı Sevgi Akarçeşmə buna şübhə liə yanaşır. “Zaman Bu Gün və Zaman qəzetləri baş nazir Rəcəb Tayyib Ərdoğan tərəfindən birbaşa hücumlara məruz qalır və bu, seçki gecəsindən başlayıb. Bu qəzetlərin veb-səhifələri bir müddət bağlı qaldı. Bu isə sistematik şəkildə həyata keçirilən kiber-hücumlar səbəbindəndir. Əlbəttə, bizdə belə hücumların hökumət tərəfindən həyata keçirildiyinə dair sənəd yoxdur, lakin bunu başa düşməməmək ağılsızlıq olardı.”

Hökumət bütün ittihamları rədd edir. O biri tərəfdən, hücumlar yalnız Rəcəb Tayyib Ərdoğan və onun ailəsi barədə, eləcə də hökumət rəsmilərinin ruşvətxorluğu barədə yazan qəzetləri hədəf aldı. Cənab Ərdoğan isə ölkə boyu gəzərək, xalqa onu devirmək üçün milli və beynəlxalq miqyasda konspirasiya qurulduğunu və fitnə-fəsadlarda Twitter və YouTube kimi sosial media orqanlarının əli olduğuna inandırmağa çalışır.

Rüşvət ittihamlarının çoxu bu iki saytda üzə çıxdı ki, hökumət buna saytları inyidədək qapadılan 40,000 internet portalları siyahısına əlavə etməklə reaksiya verdi.
Twitterin yüksək səviyyəli rəsmiləri məsələ ilə bağlı hökumət rəsmiləri ilə görüşmək üçün Ankaraya yollandılar. Onlarla görüşən baş nazir müavini Bəşir Atalay görüşdən məmnun qaldığını bildirdi. O, indi Twitterin məhdudiyyətlərə boyun əydiyini deyir. Twitter bunu başqa ölkələrdə də etmişdi. Atalay indən belə Twitterin problem yaratmayacağını deyir.

Ankara görüşündən sonra Twitter korrupsiya barədə məlumatlar paylaşan iki hesabı bağladı. Belə bir addım azad ifadə və Türkiyədə azad internet tərəfdarlarını narahat etdi.

İstanbulun Bilgi Universitetindən Kiber-azadlığı üzrə ekspert Yaman Ağdəniz Türkiyə hökumətinin Twitterə qadağasının Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilməsinin nailiyyət olduğunu deyir. Lakin indi onu Twitterin istifadəçilərinin aqibəti narahat edir.

“Twitter şirkətinin Türkiyə rəsmilərinin ayağına gəlməsi göstərdi ki, onları ifadə azadlığı yox, öz maraqları qayğılandırır. Twitter şirkətinin Türkiyə hökuməti ilə əməkdaşlığı bu ölkədəki Twitter istifadəçilərinin etimadına ağır zərbə endirir."
Belə görünür ki, Türkiyə hökuməti veb səhifələrindəki qadağaları gücləndirməyə çalışır. Keçən ay Google şirkəti Türkiyə rəsmilərini bu qadağaları adlamaqda yardımçı olan Domain Name System-i blok etməkdə ittiham etdi.

Təhlilçiçilər türk cəmiyyətinin qütbləşdiyini və avqustda keçiriləcək prezident seçkilərinindən sonra parçalanmanın bir qədər də dərinləşcəyini proqnozlaşdırırlar. Belə bir durumda İnternetə nəzarət uğrunda mübarizənin yalnız qızışacağını güman etmək olar.
XS
SM
MD
LG