Accessibility links

Türkiyə prezidenti Rusiya təyyarəsinin vurulmasına görə üzr ostəməyəcəyini bildirib. Rəcəb Tayyib Ərdoğan CNN kanalına müsahibəsi zamanı deyib ki, Türkiyənin hava məkanına daxil olan tərəf üzr istəməlidir.

O, təyyarənin Rusiya məxsus olduğunu bildiyini və pilotların türkiyənin təhlükəsizliyinin müdafiəsi üçün nə etməli olduqlarıbı da bildiyini deyib.

ABŞ müdafiə rəsmiləri bidirib ki, Pentaqon dünən Türkiyə ilə sərhəddə, Suriyanın Azaz şəhəri yaxınlığında humanitar yardım maşınlarının hava hücumuna məruz qalması məsələsini yaxından izləyir.

Yerli mətbuat və monitorinq qrupu humanitar yardım maşınlarına edilən hava hücumu zamanı 3 nəfərin öldüyünü, 6 nəfərin isə yaralandığını bildirib.

Suriyanın İnsan Haqlarının Müşahidəsi qrupu məlumat verib ki, Azaz şəhəri yaxınlığında hücumları həyata keçirən döyüş təyyarələrinin Rusiyaya məxsus olduğu ehtimal edilir.

Məlumat Rusiya döyüş təyyarəsinin Türkiyə döyüş təyyarələri tərəfindən vurulmasından bir gün sonraya təsadüf edir.

Türkiyə iddia edir ki, Rusiyaya məxsus SU-24 döyüş təyyarəsi onun hava məkanını pozmuş və bir neçə dəfə edilmiş xəbərdarlığa məhəl qoymamışdır. Moskva isə təyyarəsinin Suriya hava məkanında vurulduğunu iddia edir.

XS
SM
MD
LG