Accessibility links

Türkiyə məhkəməsinin qərarı cəmiyyəti coşdurdu [VIDEO]


Məhkəmənin yüksək səviyyəli ordu zabitləri, siyasətçilər, yazıçılar da daxil edilməklə, 275 nəfəri hökuməti devirmək ittihamı ilə hökm çıxarmasından sonra Türkiyədə ehtiraslar yenidən coşmağa başlayıb. İttihamçıların tərəfdarları bunun baş nazir Rəcəb Tayyib Ərdoğanın düşmənlərini aradan götürmək planının bir hissəsi olduğunu deyirlər.

Bazar ertəsi Türkiyə polisi İstanbul yaxınlığındakı Silivri məhkəməsinə gedən yolun təhlükəsizlik qüvvələri tərəfindən bağlanmasına etiraz edənlərə qarşı gözyaşardıcı qazdan və suvuran maşınlardan istifadə etdi.

Məhkəmə sabiq ordu generalı İlkər Başbuğu "Ergenekon" qrupu ilə əlaqəsi olmaqda günahlandıraraq, digər 5 nəfərlə birlikdə ömürlük həbs cəzasına məhkum etdi.

Türkiyə parlamentuinin üzvü Akif Həmzəcebi hökm barədə bunları deyir: “Bu, Türkiyə Respublikasına təhlükədir. Türkiyə ordusunun baş komadanının belə bir terrorçu qrupla əlaqədə olması Türkiyə Respublikasını hədəf almaq deməkdir və xalq bunu qəbul etməz”.

275 nəfərin 5 il davam edən məhkəmə işinə ictimaiyyəttin rəyi müxtəlifdir. Tənqidçilər hökumətin dissidentləri susdurmaq üçün belə bir ittihamdan istifadə etdiyini, tərəfdarları isə bunun demokratiyanın qələbəsi adlandırır. Türkiyə ordusu 1960-cı illərdə 4 hökumət devirmişdi.

Hökumət sözçüsü Bülənd Arınc xalqı məhkəmənin yüksək səviyyəli zabitlərə, vəkillərə və jurnalistlərə qarşı çıxardığı qərara hörmət etməyə çağırıb: “Onların arasında tanınmış ordu başçıları, rektorlar, hətta yüksək səviyyəli rəsmilər belə var. Lakin məhəkəmə cinayət törədən hər kəsə qarşı eyni mövqedədir. Biz çıxarılan hökmlərə görə özümüzü xoşbəxt hiss etmirik. Biz məhkəmənin qərarına hörmətlə yanaşmalıyıq” - deyə o, bildirib.

İstanbuldakı mərkəzi parkın sökülərək yerində ticarət mərkəzi salınması qərarına qarşı iyun ayından bəri Türkiyədə kütləvi etirazlar başlanıb. Türklərin çoxu baş verənləri cənab Ərdoğanın və onun "Ədalət və İnkişaf Partiyası"nın ölkədə avtoritarizmi gücləndirməsi ilə əsaslandırır.
XS
SM
MD
LG