Accessibility links

Ərdoğan Avropaya: "Öz işinizlə məşğul olun!" [Video]


Türkiyə hökuməti müxalifət mediasına qarşı basqılarına görə həm öz ölkəsində, həm də xaricdən tənqidlərlə üzləşir. Brüsselin ünvanına kəskin ifadələrlə çıxış edən prezident Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqında məyusluq doğurub. Avroplalılar cənab Ərdoğanı Türkiyəni avtoritarizmə sürkləməkdə ittiham edirlər.

Bazar ertəsi etirazçılar İstanbul Baş Polis İdarəsinin qarşısında toplaşaraq, Zaman qəzeti və Samanyolu Televiziya kanalında aparılan reydlər, eləcə də jurnalistlərin və redaktorların həbslərini tənqid edib. Avropa Birliyi də bu reydləri qınayaraq, bunun media azadlığı ilə bir araya sığmadığını deyir.

Prezident Ərdoğan da öz növbəsində Avropa Birliyinin tənqidlərinə tənqidlə cavab verdi. Qərb ölkəsində etdiyi televiziya çıxışı zamanı cənab Ərdoğan birliyə daxil olan 28 dövlətə öz işləri ilə məşğul olmağı tövsiyə edib.

Avropa Birliyinin Xarici Siyasət İdarəsinin rəhbəri Federika Moqerini cənab Ərdoğanın belə reaksiyasına təəccüb etdiyini, Türkiyənin NATO üzvü və Avropa Birliyinə üzvlüyə namizəd olduğunu deyib. “Mən cənab Ərdoğanın reaksiyasını gördüm və təəccüb etdim. Çünki keçən həftə görüş zamanı bizim onunla konstruktiv müzakirələrimiz oldu.”

Almaniyanın xarici işlər naziri Frank-Volter Steynmayer isə Türkiyədə baş verənlərin narahatlıqlardan da o tərəfə keçdiyini deyir.

Keçən bazar Türkiyədə 20-dən çox jurnalist həbs edilib ki, bu, medianın hökuməti korrupsiyada ittiham etməsindən təxminən bir il sonra baş verir. Türkiyə hökuməti bu həbslərin siyasi məqsədlərlə olduğunu inkar edərək, həbs edilənləri hökuməti devirmək cəhdində ittiham edir. Türkiyənın baş nazirinin müavini Bülənt Arınc: "Bu hüquqi prosesdir. Prosesin siyasətə dəxli yoxdur. Bu prosesə kabinet yaxud prezident göstərişi start verməyib."

Keçən il Türkiyə hökumətə qarşı nümayişləri dağıtmaq üçün ordudan istifadə etdiyinə görə tənqidlərə məruz qalmışdı. Polisin müxəlifətə qarşı reydləri isə bir neçə ay bundan əvvəl başlayıb. Lakin sonuncu mediaya qarşı ən böyük əməliyyatdır.

Bəzi təhlilçilər Türkiyənin media azadlığı ilə bağlı atıq uzun zamandır problem olduğunu deyirlər. Sərhədsiz Reportyorlar Təşkilatından Erol Öndəroğlu: “Sərhədsiz Reportyorların hesabatında media azadlığına görə 180 yerdən 154-cü yeri tutur. Təxminən 10 ildir davam edən bu vəziyyət çox narahatedicidir.”

Birləşmiş Ştatlar Türkiyəni öz konstitutsiyasında əks tapan demokratik dəyərləri tapdamamağa çağırıb.

XS
SM
MD
LG