Accessibility links

Türkiyənin Qəzzaya yardım daşıyan gəmisi İstanbulda lövbər salıb(Yenilənib)

  • Amerikanın səsi

Türkiyənin Qəzzaya yardım daşıyan gəmisi İstanbulda lövbər salıb(Yenilənib)

Türkiyənin Qəzzaya yardım daşıyan gəmisi İstanbulda lövbər salıb(Yenilənib)

Mavi Marmara gəmisi yeddi aydır Türkiyənin Aralıq dənizindəki limanında təmir edildikdən sonra bu gün İstanbulun Sarayburnu limanında lövbər salıb. May ayında İsrail komandosları Qəzzaya yardım daşıyan gəmidə reyd keçirmişdi. İsrailin reydi zamanı əksəriyyəti Türkiyə vətəndaşı olan doqquz nəfər həlak olmuşdu.

Türkiyə hücuma cavab olaraq İsraildən öz səfərini geri çağırmış və İsrail hökumətinin üzr istəməsini tələb etmişdir. Dünən Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu bu tələbi təkrar etmiş, eyni zamanda ölkəsinin İsraillə münasibətləri yaxşılaşdırmağa çalışdığını qeyd etmişdir.

İsrail Türkiyənin hücuma görə üzr istəmək tələbini yerinə yetirməkdən imtina edir. Bu gün Qdsdə toplaşanlar qarşısında çıxış edən İsrailin Xarici İşlər naziri Aviqdor Liberman deyib ki, Türkiyə özü onun ifadəsilə, "terroru dəstəklədiyinə görə" üzr istəməlidir.

XS
SM
MD
LG