Accessibility links

Türkiyə yenidən yol ayrıcında [Video]


Türkiyədə çevriliş cəhdi və bunun ardınca prezident Rəcəb Tayyib Ərdoğanın kəskin ölçüləri ölkədə dinin rolunun artırılmasını istəyən islamçılar arasında mübarizənin bir hissəsi hesab edilir. Bəzilərinin görmək istədikləri 1920-ci illərdə müasir Türkiyə Cümhuriyyətinin təsisçisi Mustafa Kamal Atatürkün dünyəvi modelinə tamamilə ziddir.

Müxalifət və hakim partiyanı dəstəkləyənlər çevriliş cəhdini pisləmək məqsədi ilə bir araya gəlib. Bu, bir növ xalqın çevrilişə mane olmaq cəhdi olub.

Ərdoğan opponentlərinə təzyiq göstərməklə hakimiyyətini günləndirir, ölkədə islamın azad şəkildə təbliğini aparır.

Sabiq müxalif millət vəkili Melda Onur ümid edir ki, çevrilişə cəhd zamanı tankların qarşısına çıxanlar Türkiyədə islam dövləti yaradılmasının da qarşısını alacaq.

Onurun fikrincə, dünyəvilik Türkiyənin qanına hopub. O deyir ki, müsəlman dünyası, Şərqi və Qərbi Avropa arasında ölkəsinin mövqeyi xalqın islam dövləti ideyasını qəbul etməyəcəyini təminat altına alır.

Ərdoğan isə deyir ki, Türkiyə dindar nəsil yetişdirir və məscidlərin inşası yolunda öndə gedir.

Bosfor boğazında tankların önünə çıxanlar arasında Hilal Kaplan da olub

“Bu körpü artıq mənim üçün olduğu kimi qalmayacaq. Burada insanlar canlarından keçib. İstanbulu çox sevirəm . Amma bu əvvəlki İstanbul olmayacaq.”

Ərdoğan tərəfdarı qəzetin tanınmış yazarı Hilal Kaplan deyir ki, bu günlər özünü əvvəlki illərlə, Atatürkün bəzi iş yerləri və ofislərdə hicabı yasaqlayan qanunun qüvvədə olduğu vaxtla müqayisədə daha azad hiss edir.

“Qadınların işdə, parlamentdə və digər yerlərdə çalışması qadınlar arasında həmrəylik yaradır. Bu, qadınlara daha geniş hüquqlar verməklə yanaşı, dünyəviliyi gücləndirir. Mən bunun əksini düşünmürəm.”

Avropa ilə Asiyanı ayıran Bosfor boğazında Türkiyə yenidən yol ayrıcındadır.

XS
SM
MD
LG