Accessibility links

Almaniya kansleri Türkiyəyə səfər edib


Almaniya kansleri Angela Merkel deyib ki, Kipr məsələsi həll olmayıb və bu, Türkiyənin Avropa Birliyinə üzvlüyü məsələsi qarşısında maneə olaraq qalır

Almaniya kansleri Angela Merkel deyib ki, Kipr məsələsi həll olmayıb və bu, Türkiyənin Avropa Birliyinə üzvlüyü məsələsi qarşısında maneə olaraq qalır. Xanım Merkel bu açıqlamaları bu gün Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğanla birgə mətbuat konfransı zamanı verib.

Almaniya lideri Türkiyənin Avropa Birliyinə üzvlüyü məsələsinin açıq qaldığını deyib. Bundan öncə o, Türkiyənin Birlikdə “imtiyazlı tərəfdaş”statusu almasına tərəfdar olduğunu bəyan etmişdi.

Xanım Merkel və cənab Ərdoğan görüş zamanı İranın nüvə proqramını müzakirə ediblər. Baş nazir Ərdoğan deyib ki, Türkiyə sanksiyalara “sağlam bir plan” kimi baxmır.

Almaniya kansleri bu gün Türkiyəyə başladığı iki günlük səfəri çərçivəsində prezident Abdulla Gül və başqa rəsmi şəxslərlə görüşəcək.

Türkiyə Avropa Birliyinə üzvlüyə dair danışıqlara 2005-ci ildə başlamışdı. Lakin danışıqlar Türkiyə Kiprlə münasibətləri normallaşdırmağa razı olmadığı üçün dalana dirənib.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG