Accessibility links

Türkyədə səfərdə olan Pakistanın baş naziri prezident Güllə görüşüb


Türkyədə səfərdə olan Pakistanın baş naziri prezident Güllə görüşüb
Türkyədə səfərdə olan Pakistanın baş naziri prezident Güllə görüşüb

Baş nazir Gilaninin Türkiyə iş adamları ilə görüşmək və iqtisadi əlaqələri gücləndirmək məqsədilə İstanbula səfəri planlaşdırılıb

Rəsmi səfərlə Türkiyədə olan Pakistanın baş naziri Yusuf Reza Gilani Türkiyə rəsmiləri ilə iki ölkə arasında strateji və iqtisadi əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə edib. Ankarada müasir türk dövlətinin banisi Mustafa Kamal Atatürkün mavzoleyini ziyarət etdikdən sonra Gilani bu gün Türkiyə prezidenti Abdulla Güllə görüşüb. Prezident Gül ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfələrə görə Gilanini Respublika Ordeni ilə təltif etmişdir. Pakistan baş nazirinin türkiyəli həmkarı Rəcəp Tayyib Ərdoğanla görüşü gözlənilir. O habelə Yüksək Səviyyədə Əməkdaşlığa dair Şuranın ilk iclasında sədrlik edəcək. Yusuv Raza Gilani Türkiyəyə üç günlük səfərinə dünən başlayıb. Onun Türkiyə iş adamları ilə görüşmək və iqtisadi əlaqələri gücləndirmək məqsədilə İstanbula səfəri planlaşdırılıb.

XS
SM
MD
LG