Accessibility links

Abdulla Gül Təbrizdə böyük hərarətlə qarşılanıb


Abdulla Gül Təbrizdə böyük hərarətlə qarşılanıb
Abdulla Gül Təbrizdə böyük hərarətlə qarşılanıb

Təbrizlilər "Yaşasın Azərbaycan!", "Yaşasın Türkiyə!" şüarları bağırıb

Türkiyə prezidenti Abdulla Gül İrana dörd günlük səfərini Təbrizdə başa vurub. Cənab Gül Təbrizdə böyük hərarərlə qarşılanıb.

Türkiyə prezidenti Təbriz görüşləri çərçivəsində Şərqi Azərbaycan əyalətinin valisi Əhməd Əli Rza Beygi ilə görüşüb. Vali Türkiyə perzidentinin şərəfinə ziyafət verib.

Prezident Gülün nümayəndə heyətinin tərkibində İrana səfər edən Türkiyə biznesmenləri və Təbrizin iş adamları arasında görüş keçirildiyi haqda xəbər verilir.

Prezident Gül Təbrizin məşhur Göy məscidini və Məşrutə Evini ziyarət edib. Türkiyə prezidenti Təbriz sakinləri tərəfindən sevgi ilə qaşrşılanıb. Təbrizlilər “Yaşasın Azərbaycan”, “Yaşasın Türkiyə” şüarları səsləndiriblər.

Prezident Gülün Təbrizdə qarşılanması

XS
SM
MD
LG