Accessibility links

Türkiyədə həbs edilən xarici media təşkilatlarının iki əməkdaşı azadlığa buraxılıb


Həftə sonu Türkiyənin cənub-şərqində xarici media təşkilatlarının iki əməkdaşı saxlandıqdan sonra azadlığa buraxılıb.

Amerikanın Səsi bildirir ki, kürd xidmətinin müxbiri Xajijan Fərqin noyabrın 26-da Diyarbakırda saxlanıb. Onun saxlanmasının səbəbləri bildirilməyib.

BBC isə xəbər verir ki, onun müxbiri Xədicə Kamer noyabrın 26-da Sirvan şəhərində saxlanıb. Müxbir mis mədənində 11 nəfərin ölümünə gətirən uçqun barədə məlumat hazırlayırmış.

Kamer noyabrın 27-də azadlığa buraxılıb. Kamerin özü Almaniyanın WDR radiosuna telefonla deyib ki, onu azadlığa buraxandan sonra bildiriblər ki, ona qarşı PKK-ya dəstək ittihamı irəli sürülə bilər.

Türkiyədə son aylar 170-dən çox media bağlanıb, 120 jurnalist həbs olunub.

Show comments

XS
SM
MD
LG