Accessibility links

“Sabah” qəzetinin yazdığına görə, onlar 15 iyul çevriliş cəhdinin təşkilində ittiham olunan Fətullah Gülən hərəkatı ilə bağlı aparılan istintaq çərçivəsində saxlanıblar.

Prokurorluq bundan əvvəl 243 hərbçinin həbsinə order verib.

Təkcə İstanbulda 37, paytaxt Ankarada isə 49 nəfər saxlanıb.

Həmçinin İzmir, Konya, Qazientep, Mardin, Zonquldak, Osmaniyə, Samsun, Qars, Ərzurum, Rize, Adana, Klis, Şanlıurfa, Van və digər şəhərlərdə həbslər aparılıb.

Fətullah Gülən hazırda ABŞ-da yaşayır.

Ankara Vaşinqtondan onun verilməsini istəyir.

Amma ABŞ onun ekstradasiyası üçün tutarlı sübutlar göstərilmədiyini deyir.

15 iyul çevriliş cəhdindən sonra ölkədə 100 mindən çox adam saxlanıb və ya işdən kənarlaşdırılıb.

XS
SM
MD
LG